Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

Əmək bazarına qayıtmaq üçün kurslara başlanacaq

18:54  |    15 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə üç aylıq kurslara başlanacaq.

Qaziler.az bildirir ki, “Coursera”ya məxsus bu təşəbbüs hökümətlərin məşğullluq tədbirlərinə dəstək məqsədi daşıyır. İşini itirmiş şəxslər yenidən əmək bazarına daxil olmaq üçün lazımi öz bilik və bacarıqlarını artırmaq məqsədilə bu kurslara müraciət edə bilərlər.

Onlayn platformada təşkil olunacaq kurslar vasitəsilə iştirakçılar əldə etmək istədikləri bilik və bacarıqlara uyğun olaraq dünyanın tanınmış universitetləri və təşkilatları tərəfindən hazırlanmış 4000-ə qədər təlim proqramından ödənişsiz formada istifadə edə biləcəklər. Kurslar ixtisas təlimləri ilə yanaşı, müxtəlif dil biliklərinin artırılması, informasiya texnologiyaları və digər proqramları da əhatə edir.

İştirakçılara həmçinin türk dilində 400-dək, rus dilində 60-dək, habelə ingilis və başqa dillərdə olan kurslardan faydalanmaq imkanı da veriləcək. Proqramı uğurla başa vuran iştirakçılar beynəlxalq seritifikatla da təmin ediləcəklər.

Təlimlərdə iştirak etmək istəyən şəxslər https://forms.gle/bJ4uBBB8fNPFeYyc9 keçidinə daxil olaraq “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü – Coursera” seçməklə, qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş şəxslərə “Coursera” sistemi tərəfindən qeydiyyatını tamamlamaq üçün dəvətnamə gələcək.

Son qeydiyyat tarixi 30 oktyabrdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2020
8 minə yaxın şəxs özünüməşğulluğa cəlb olunub
16.10.2020
“E-sosial” portalının 800 min aktiv istifadəçisi var
16.10.2020
Məşğulluq layihələrindən yararlanmaq üçün sadələşmiş qeydiyyat sistemi istifadəyə verildi
15.10.2020
Dünya Bankının missiyasına Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verildi
09.10.2020
Sahil Babayev xarici həmkarlarına Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı barədə müraciət edib