Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7145

Digər sorğular

Azərbaycana dəstək üçün nişan üzüyünü göndərən Türkiyə vətəndaşı kimdi? - VİDEO

23:57  |    14 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Türkiyənin Kahramanmaraş şəhərindən olan Uhud Polad Azərbaycana dəstək olmaq üçün öz nişan üzüyünü göndərib.

O, İTV-yə açıqlamasında buna Gəncədə baş vermiş terrordan sonra qərar verdiyini bildirib. Üzüklə yanaşı Türkiyə bayrağını və məktubu da zərfə qoyaraq Azərbaycanın Türkiyədəki səfirliyinə yollayıb:

"Gəncəyə endirilən raket zərbəsindən sonra çox məyus olduq, təsirləndik. Azərbaycanlı qardaşlarımızın yanında olmaq üçün nə edə bilərəm deyə düşündüm. Məktub yazmağı qərara aldım, bundan sonra isə nişan üzüyümü və Türkiyə bayrağını zərfə qoyaraq səfirliyə göndərdim”.

Onun bu addımı böyük rəğbətlə qarşılanıb. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məktubu əldə etdikdən sonra Uhud Poladla əlaqə saxladığını bildirib:

"Bir insan özünə aid olan və dəyərli bir simvolu - nişan üzüyünü göndərirsə bundan yüksək və ülvi hiss ola bilməz”.

Bundan sonra mənəvi dəyəri olan bu üzük Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi səfirlikdə yaradılacaq guşədə saxlanılacaq.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.10.2020
www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olundu
22.10.2020
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
21.10.2020
Qarabağa görə başına yaylıq bağlayan şair...
21.10.2020
Koronavirus ilə mübarizə çərçivəsində məcburi köçkünlərə yardım göstərilib
17.10.2020
Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatı