Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

10:40  |    10 Oktyabr 2020  |   E-mail  |  Çapa göndər

Avtomatlaşdırılmış təyinat sistemləri vasitəsilə bu ilin yanvar-sentyabr aylarında 11,08 min şəxsə elektron qaydada pensiya, 61 min şəxsə isə e-qaydada müavinət-təqaüd təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin (ümumən 21 sosial təminat növünün) elektron təyinat sistemi işə salınıb. Həmin e-sistemlər vasitəsilə ümumilikdə 103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib.

Bu proaktiv xidmətlər vətəndaşlara hüquqları yaranan zaman onlara pensiya, müavinət, təqaüdün avtomatik olaraq təyin olunmasına imkan verib. Beləliklə, sosial ödənişlərin təyinatı zamanı vətəndaşların hansısa quruma müraciət edərək sənəd təqdim etmələrinə ehtiyac qalmır, təyinatlar məmur-vətəndaş təması olmadan, tam şəffaf həyata keçirilir.

Digər bir sıra sosial təminat növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.10.2020
Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
24.10.2020
Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib
23.10.2020
İsrail Azərbaycana humanitar yardım göndərib
22.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb - FOTO
20.10.2020
Elman Rüstəmov: "Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər"