Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7150

Digər sorğular

Səfərbərlik Xidməti: Hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir

21:08  |    27 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Xüsusi vurğulamaq istəyirəm ki, hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının şöbə rəisi polkovnik Əjdər Babazadə bildirib.

Ə.Babazadə deyib ki, mövcud qanunvericiliyə əsasən, səfərbərlik – Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilat-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir:

“Bu gün səfərbərlik yox, ölkə ərazisində hərbi vəziyyət elan olunub. Səfərbərlik elan olunacağı halda, KİV-lər, sosial şəbəkələr vasitəsi ilə elan olunacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir. Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəkdir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.10.2020
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb
26.10.2020
Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsevin cənazəsi kilsəyə aparılıb
26.10.2020
Ağcabədi rayonu atəşə tutulub - RƏSMİ
26.10.2020
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi
26.10.2020
DİN əhaliyə müraciət edib