Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7149

Digər sorğular

Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib

18:37  |    23 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib.

Qazilər.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sentyabrın 23-də YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer alır. Bu il ümumilikdə 27 ölkədən 55 şəhər Qlobal Şəbəkəyə qoşulub. Bu münasibətlə sentyabrın 23-də Şəbəkəyə seçilən yeni üzvlərin elan olunması ilə bağlı videogörüş formatında tədbirin keçirilməsi nəzərdə tutulur.

Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, YUNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. YUNESKO-nun Həyatboyu Təhsil üzrə Qlobal Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hal-hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür. Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən YUNESKO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.10.2020
Dövlət başçısı: "Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar"
21.10.2020
Şuranın dəstəyilə “Komandir” sənədli filminin çəklişləri yekunlaşıb
21.10.2020
“Kalk gidelim”də Azərbaycanın haqq savaşından bəhs edildi - VİDEO
21.10.2020
Fərhad Bədəlbəyli: “Şuşaya, Kəlbəcərə gedirik...”
20.10.2020
Xudafərin körpüləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salına bilər - RƏSMİ