Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7150

Digər sorğular

Barmaqların vəziyyətinə görə ağciyər xərçəngini müəyyən etməyin yolu açıqlanıb

13:27  |    22 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər


Britaniyalı elm adamları barmaqların vəziyyətinə görə xəstədə ağciyər xərçəngini müəyyən etməyin yolunu öyrənib.

Bu barədə “Express” xəbər yayıb.

Mütəxəssislər bildiriblər ki, təhlükəli xəstəlik uzun müddət gizli qala bilir. Bununla belə onun açıq-aydın simptomları var - iki həftədən çox davam edən öskürək, nəfəs alarkən ağrı, qanlı bəlğəm, uzun çəkən təngənəfəslik, apatiya və çəki itirmək.

Böyük Britaniyanın “Cancer Research” təşkilatından olan elm adamlarının fikrincə ağciyər xərçəngi barmaqların vəziyyəti ilə də müəyyən edilə bilər: əgər dırnağın dibi yumşalsa və yanındakı dəri parıldamağa başlayarsa, bu xəstəliyin ilk mərhələsinə işarə edə bilər.

Belə ki, xərçəngə görə orqanizmdə kimyəvi maddələr istehsal olunmağa başlayır, onlar da qanı böyük miqdarda barmaq uclarına yönləndirir. Nəticədə barmaq ucları böyüyür. Bu prosesin səbəbi isə hələ tam öyrənilməyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2020
Qrip əleyhinə peyvəndlərin pulsuz vurulacağı qruplar açıqlandı - SİYAHI
21.10.2020
Bu şəxslərə COVID-19 peyvəndi kömək etməyəcək
21.10.2020
COVID-19-dan ölümü proqnozlaşdırmaq mümkün olub
21.10.2020
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər?
19.10.2020
Koronavirusun yeni təhlükəli əlaməti aşkarlandı