Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7077

Digər sorğular

Sarkisyan aprel döyüşləri ilə bağlı sualları cavablandıracaq

14:44  |    07 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan rəsmi "Facebook" səhifəsində müraciət yayıb.

Azvision.az xəbər verir ki, Sarkisyan fövqəladə vəziyyət rejimi bitəndən sonra mətbuat konfransı keçirərək bütün suallara aydınlıq gətirəcəyini deyib.
O əlavə edib ki, mətbuat konfransının mövzusu 2016-cı ilin aprel müharibəsi ilə əlaqəli olacaq.

“Eyni görüşdə jurnalistlər və mən növbəti mətbuat konfransımın mövzusunu - 2018-ci ilin aprel hadisələri, Qarabağ məsələsi və ya başqa bir mövzu seçə biləcəyik", - Sarkisyan deyib.

Sabiq prezident bütün detalları təqdim edərək suallara doğru cavab verməyə hazır olduğunu vurğulayıb.

"Bəli, keçmişə qayıdış olmayacaq, amma Ermənistanın tarixinin 2018-ci ilin aprel ayında başlamadığını anlamalıyıq. İrəli addımlamaq üçün keçmişin bütün məsələlərini aydınlaşdırmalıyıq".

Qeyd edək ki, Serj Sarkisyan 2008-ci ildən 2018-ci ilə qədər Ermənistanın prezidenti olub. "Məxməri inqilab" adlandırılan 2018-ci ilin aprel hadisələri nəticəsində yenicə seçildiyi baş nazir postundan istefa verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.09.2020
ABŞ Ermənistan və Azərbaycanı Qarabağda dərhal atəşkəsə çağırdı
27.09.2020
Ermənistan böyük ərazi itirdiklərini etiraf etdi
27.09.2020
Ukraynanın ən böyük aviaşirkəti İrəvana uçuşları dayandırdı
27.09.2020
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyonu ötdü
27.09.2020
Ermənistan itkilərini açıqladı