Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7077

Digər sorğular

Biləsuvarda Qarabağ qazisinin pəncərəsini kim və niyə daşa basır? - FOTO - VİDEO

14:59  |    03 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Biləsuvarda Qarabağ qazisinin evi daşa basılıb, pəncərələri qırılıb.

Bu barədə Qaynarinfo-ya Qarabağ qazisi Berkut ləqəbli döyüşçü Asif Həşimovun özü məluma verib. Onun sözlərinə görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat versə də, heç bir tədbir görülməyib:

"9 gündür evimi daşa basırlar, pəncələrərin 70%-i sındırılıb. Bununla bağlı dəfələrlə "102" xidmətinə məlumat vermişəm. Amma bu günə kimi bir adam nə həbs olunub, nə də saxlanılıb. Bir-iki nəfərdən izahat alınıb, vəssalam... İki mərtəbəli evdir. Evin bir tərəfinin pəncərələri salamatdır. Amma digər, qonşuya baxan pəncərələr hamısı daşla qırılıb. Hasara çıxıram, qonşu deyir "mənim həyətimə niyə baxırsan", həyətinə girib baxmaq istəyirəm, icazə vermir. Polisə deyirəm, baxmır, araşdırmır".

Asif Həşimov dövlətinə, millətinə bağlı biri olduğunu qeyd edib:

"Mən haqq adamıyam. İmkan vermərəm ki, dövlətimə, hökümətimə, bayrağıma kimsə ziyan vura. Millətimin qeyrətini çəkən adamam. Bilmirəm ki, məni sındırmaq istəyirlər, yoxsa qorxutmaq. Bu, mənə aydın deyil. Tovuz hadisələrindən sonra bir ərizə yazdım, gedib döyüşmək istədiyimi bildirdim. Amma indi teleqram vurmaq istəyirəm ki, xahiş edirəm, ərizəmi geri qaytarın. Mən evin içindəyəm hələ, evimi dağıdırlar. Gör mən evdə olmasam, bu evi nə hala qoyarlar. Polis edilən şikayətlərimə baxmır. Zəhmət çəksinlər, evimə atılan daşlardakı barmaq izlərini götürüb yoxlasınlar. Amma etmirlər...”


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.09.2020
Ermənistan növbəti dəfə ölən hərbçilərin ADLARINI açıqladı
28.09.2020
Ermənistan canlı itkilərini gizlədir - Yalnız bir qismi ilə bağlı siyahı yaydı
28.09.2020
Xəstəxanalar yaralı əsgərlərlə dolub daşır – Paşinyanın arvadı ziyarətə getdi
27.09.2020
Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! - FOTO
27.09.2020
Ermənilərin top atəşi nəticəsində bir ailənin 5 üzvü həlak olub