Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7077

Digər sorğular

DİN-dən Fuad Qəhrəmanlıyla bağlı AÇIQLAMA

14:02  |    03 Avqust 2020  |   E-mail  |  Çapa göndər


Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə AXCP üzvləri Fuad Qəhrəmanlı və Seymur Əhmədovun saxlanıldıqları təcridxanad işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

Qaziler.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Sosial mediada iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilənlərdən biri - Seymur Əhmədovun saxlanma yerində fiziki təzyiqlərə, işgəncə və zorakılığa məruz qalması ilə əlaqədar həqiqətə uyğun olmayan uydurma və qərəzli informasiyalar yayılıb. Bununla əlaqədar DİN rəhbərliyinin göstərişi ilə əməkdaşlar saxlanma yerində olub Seymur Əhmədovun izahatını alıblar, saxlanma şəraiti və sağlamlığı ilə maraqlanıblar. S.Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edib, hər hansı zorakılığa və işgəncəyə məruz qalmadığını, saxlanma şəraitindən, sağlamlığından şikayətinin olmadığını bildirib.

O ki, qaldı Fuad Qəhrəmanlı ad və soyadlı şəxsin guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalması iddialarına, birmənalı və qəti şəkildə bildirirəm ki, Fuad Qəhrəmanlı ad və soyadlı şəxs ümumiyyətlə qeyd olunan İdarəyə gətirilməyib və orada olmayıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu, qərəzdən irəli gələn iddialardır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.09.2020
Azərbaycanda hərbi vəziyyət elan olundu
27.09.2020
İlham Əliyevdən cəbhədəki erməni təxribatı ilə bağlı paylaşımlar - FOTO
27.09.2020
XİN həlak olanların adını açıqladı
27.09.2020
Səfərbərlik Xidməti: Hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir
27.09.2020
Azərbaycanlı hakerlər 90-dək erməni saytını dağıdıblar - SİYAHI