Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Şaiq Vəlinin ailəsində faciə: 3-cü oğlu da faciəvi şəkildə həlak oldu

15:07  |    01 Avqust 2020  |   E-mail  |  Çapa göndər

İyulun 30-da Sumqayıt şəhərində, dənizin nəzarətsiz ərazisində batan şəxslərdən birinin meyiti tapılıb.

Qazilər.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.

Qeyd edək ki, Pərviz Vəliyev mərhum şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şaiq Vəlinin oğludur.

Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub və 6 fevral 2013-cü ildə uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib. Şairin 7 övladı dünyaya gəlib. Böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb.

Qaynarinfo.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada satılıb? - İDDİA - FOTO
07.08.2020
Sumqayıtda qadın dənizdə boğulub
07.08.2020
SOCAR: Sumqayıt Etilen-polietilen zavodunda yanğında xəsarət alanlar var
07.08.2020
Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub, 8 nəfər xəsarət alıb
06.08.2020
Bakıda tıxac var - FOTO