Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Bu gün qeyd etdiyimiz müasir Azərbaycan Əlifbasının müəllifi

10:20  |    01 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

1 avqust tarixinin seçilməsi də təsadüfi olmamışdır, beləki həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmışdır.

Bildiyimiz kimi, XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında görkəmli dilçi alimi, müasir Azərbaycan Əlifbasının müəllifi, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Afad Qurbanov latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim olmuşdur. Onun təşəbbüsü ilə 1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq Afad Qurbanov komissiyanın sədri təyin edilmişdir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişaf etməsində başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməli, və eləcə də, bügünkü əlifbamızın müəllifinin məşhur dilçi akademik Afad Qurbanovun olduğunu bilməlidi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2020
Şəhid general Polad Həşimov haqqında kitab nəşr olunacaq
09.07.2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
15.06.2020
Ramiz Rövşənin heç yerdə dərc olunmayan şeiri - Məzunlara hədiyyə
11.06.2020
“Azadlıq” romanı Macarıstanda nəşr olundu
30.04.2020
“Müqayisəsi mümkün olmayan əsər – Ovçu