Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6991

Digər sorğular

Bu gündən avqustun 3-dək ictimai nəqliyyat işləməyəcək

09:51  |    01 Avqust 2020  |   E-mail  |  Çapa göndər

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Qazilər.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bununla əlaqədar bu gün saat 00:00-dan 3 avqust saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Bundan əvvəl xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək, 18 iyul saat 00.00-dan 20 iyul saat 06.00-dək və 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək ictimai nəqliyyat işləməyib.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı metrosunun fəaliyyəti də dayandırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
General-leytenant Firudin Nəbiyev dünyasını dəyişib
03.08.2020
Çimərliklərdən istifadə ilə bağlı VİDEOTƏLİMAT
03.08.2020
Metro nə vaxt fəaliyyətə başlayacaq? - Açıqlama
03.08.2020
Dənizdə dalğanın hündürlüyü 4.5 metrə çatıb
03.08.2020
Azərbaycanda koronavirusla bağlı son vəziyyət