Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6990

Digər sorğular

Prezident FƏRMAN imzaladı

17:25  |    30 İyul 2020  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Qazilər.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

1.1. 5.1.23-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.24-cü yarımbənd əlavə edilsin:

“5.1.24. kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatlar.”;

1.2. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 13-cü abzas əlavə edilsin:

“13. kənd təsərrüfatı məhsullarını yetişdirdiyi istixanalar barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat forması üzrə daxil etmək;”;

1.3. 7.1.3-cü yarımbəndə aşağıdakı məzmunda 10-cu abzas əlavə edilsin:

“10. fermerdən tədarük etdiyi məhsulları saxlamaq üçün istifadə etdiyi soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat formasına uyğun olaraq daxil etmək;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.08.2020
Prezidentin ehtiyat fondu artırılır
01.08.2020
Neft Fondundan büdcəyə əlavə pul ayrılacaq - Məbləğ açıqlandı
31.07.2020
Büdcədən hərbçilərə ev kirayəsi haqqının ödənilməsinə əlavə vəsait ayrılacaq
28.07.2020
Baş Nazir Əli Əsədovdan yeni QƏRAR
27.07.2020
Baş nazirdən koronavirus səbəbindən işini itirənlərlə bağlı QƏRAR