Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6990

Digər sorğular

Azərbaycana təlimə gələn Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

11:05  |    28 İyul 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Bakıya gəlməsi münasibətilə təntənəli qarşılanma mərasimi olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
"Qoşulmama Hərəkatı və Covid-19 Pandemiyası” mövzusunda vebinar keçiriləcək
02.08.2020
Tovuz təxribatı ilə bağlı Asiya Parlament Assambleyasına müraciət edildi
02.08.2020
Aviqdor Liberman: “Azərbaycan İsrail üçün Fransadan daha önəmli ölkədir”
01.08.2020
Ermənistan XİN rəhbəri Qarabağa görə Ukraynanı sərt tənqid etdi
31.07.2020
Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib