Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı - FOTO

16:20  |    30 İyun 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycanda müəllimə sosial şəbəkədəki paylaşımlarına görə töhmət verilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Söhbət Masallı rayonu, Çayqıraq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Abdinov Rabil Ramiz oğlundan gedir.

Paylaşımda qeyd olunub ki, həmin müəllimə sosial şəbəkələrdəki qeyri-etik paylaşımlarına görə dəfələrlə məktəb rəhbərliyi tərəfindən xəbərdarlıq olunub. Lakin şifahi xəbərdarlığa fikir verməyən müəllim sosial şəbəkədə mütəmadi olaraq, peşəsinə yaraşmayan ifadələrlə paylaşımlarını davam etdirib.

Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbinin direktoru Tahir Bağırov şifahi xəbərdarlıqlara məhəl qoymayan müəllimə töhmət verilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, Abdinov Rabil Ramiz oğluna “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci maddəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Müəllim isə mövcud vəziyyətə etiraz edərək bunu öz hesabında paylaşıb. O bildirib ki, heç kim ona şifahi xəbərdarlıq etməyib:

“İddia edilir ki, bu əmrin verilməsi üçün müvafiq sənədlər olub. Məktəbin direktoru mənimlə bir neçə ildir danışmır və heç vaxt da şifahi xəbərdarlıq etməyib. Mən bu töhmətdən bir nəticə çıxarmadım. Əksinə, mənim boynuma qoyulan təhqirləri davam etdirəcəyəm”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
Avqustun 13-ü və 14-də qəbul imtahanı keçiriləcək
06.08.2020
Yeni təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans keçirib - FOTO
05.08.2020
Deputat: "Təhsil haqları yarıbayarı azaldılmalıdır"
05.08.2020
Təhsil Nazirliyindən yeni dərs ili ilə bağlı AÇIQLAMA
04.08.2020
Mehdi Hüseyn adına məktəbin binası yenidən tikiləcək