Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Xocalıya ədalət istəyən futbol fanatları olan komanda - VİDEO

22:07  |    25 İyun 2020  |   E-mail  |  Çapa göndər


“Traktor” futbol klubu çılğın azarkeşləri sayəsində tək İranda deyil, Azərbaycanda və Türkiyədə də yaxşı tanınır.

1970-ci ildə yaranan klub adını sponsoru, Təbrizin ən böyük zavodlarından biri olan Traktordan alıb.

2010-cu ildə klubun 482 min rəsmi azarkeşi olub, təsadüfi deyil ki, “Traktor” hər mövsümdə ən çox tamaşaçıya sahib olan komanda seçilir.
Yarışlarda stadionun demək olar ki, yarısını dolduran soydaşlarımız, yalnız qatı futbol azarkeşi deyil, bir o qədər də, Vətən aşiqidirlər.
Buna görə yarışlarda cənubi azərbaycanlı soydaşlarımız “Biz hara, farslar hara”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” kimi şüarlarla çıxış edirlər.

Təkcə əhalisinin 97 faizə qədəri Azərbaycan türkləri olan Təbrizdə deyil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın minlərlə azarkeşi var.

“Traktor” türk dünyasında milli mübarizənin mərkəzinə çevrilib.

Stadion onlar üçün futbol izləməkdən əlavə, haqq səslərini duyurmaq üçün bir məkandır.

Komanda azarkeşləri Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemlərini buradan səsləndirirlər.

Azarkeşlər 2010-cu ildəki yarışda Urmiya gölünün qurumasına etiraz kimi “Urmu gölü səslənir, susuzam, haray, haray” şüarını səsləndirmişdi.
Azərbaycan dilində məktəblərin olmaması probleminə diqqət çəkmək üçün isə tez-tez “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarını səsləndirirlər.

Eyni zamanda Qarabağ probleminə dair, erməni işğalına qarşı "Qarabağ bizimdir, bizim olacaq" kimi şüarları da stadionlardan eşitmək olur. (modern.az)

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
Diaspor hərəkatının dönüş nöqtəsi: “Diaspor himni” - VİDEO
05.08.2020
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdirilib - FOTO
05.08.2020
Polad Həşimov küçəsi... - FOTO
04.08.2020
Fəttah Heydərovun heyrətləndirən addımı - XATİRƏ
04.08.2020
Yetkinlik yaşına çatmayanların baxımsızlığı istiqamətində tədbirlər həyata keçiriləcək