Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6996

Digər sorğular

Azərbaycan Ordusunda “Əsgərdən salam!” aksiyasına start verilib - VİDEO

20:37  |    25 İyun 2020  |   E-mail  |  Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşan “Əsgərə salam!” hərbi vətənpərvərlik sosial layihəsinə cavab olaraq Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunda “Əsgərdən salam!” aksiyasına start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu, qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçularının xidmət yerlərindən, xüsusilə cəbhə bölgələrindən ictimaiyyətə, əsgər valideynlərinə, şəhid ailələrinə, müharibə veteranlarına, döyüşlərdə sağlamlığını itirən qazilərimizə, gənclərə müraciətləri təqdim ediləcək və hərbçilərimiz ardıcıl olaraq əsgər salamlarını yetirməklə xalqımızı uğur və nailiyyətləri ilə sevindirəcəklər.

“Əsgərdən salam!” layihəsinin bələdçisi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin “Əsgərdən salam!” layihəsi çərçivəsində hazırladığı ilk verilişi Ordumuzun yaranmasının 102-ci ildönümü ərəfəsində təqdim edilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycanda baş həkim tutuldu - VİDEO
07.08.2020
Paytaxtdan rayonlara getməyə cəhd edənlərə xəbərdarlıq
07.08.2020
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
07.08.2020
Azərbaycanda 129 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
07.08.2020
Sabahın hava proqnozu açıqlanıb