Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7072

Digər sorğular

Həftəsonu şəxsi avtomobilindən istifadə edənlər cərimə, yaxud həbs oluna bilər - RƏSMİ

10:46  |    05 İyun 2020  |   E-mail  |  Çapa göndər

Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi zamanı avtomobil yollarında karantin postları quraşdırılmayacaq.

Qazilər.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, 2 günlük məhdudiyyət zamanı həmin postlara ehtiyac olmasa da yol polisləri gücləndirilmiş iş rejimində çalışacaq: "Bilirsiniz ki, keçən dövrlə müqayisədə bu dəfə daha çox məhdudiyyət tətbiq olunub, daha çox şəxsin evdən çıxması məhdudlaşdırılıb. Yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir. Həmin şəxslər isə yalnız xidməti avtomobillərlə hərəkət edə bilərlər. Yəni fəaliyyətinə icazə verilən hər hansısa şəxsin xüsusi avtomobilindən istifadəsi qadağandır. Məhdudiyyət zamanı taksi, avtobus və digər minik avtomobillərinin hərəkətinə icazə verilmir. İcaze.gov.az portalında qeydiyyatdan keçən və fəaliyyətinə rəsmi icazəsi olan şəxs işlədiyi müəssisənin xidməti avtomobili olmadan digər avtomobildən istifadə edə bilməz".

K.Əliyev bildirib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq: "İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilə bilər. Ölkədə xüsusi karantin rejimi tətbiq ediləndən bu günə qədər nəinki yol polisi, ümumilikdə daxili işlər orqanları əməkdaşları gücləndirilmiş rejimdə xidmət edir və bu rejim məhdudiyyət dövründə davam etdiriləcək. BDYPİ bütün hərəkət iştirakçılarına tələb olunan qaydalara riayət etməyi, özünün və ailəsinin sağlamlıqlarının qorunması naminə məhdudiyyət dövründə yaşadıqları evdən çıxmamağı tövsiyə edir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2020
Kosmik Məsələlər üzrə Şuranın tərkibi təsdiqləndi
23.09.2020
Biləsuvarın icra başçısı köməkçisini işdən çıxartdı
23.09.2020
Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı rəsmi açıqlama
23.09.2020
Kosmik Məsələlər üzrə Şura yaradıldı
23.09.2020
“AzGold” MMC-nin rəhbəri həbs edilib