Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7072

Digər sorğular

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı 7 MƏHSUL

23:39  |    02 İyun 2020  |   E-mail  |  Çapa göndər


Yüksək təzyiq insan sağlamlığına çox mənfi təsir edir, həyatını qısaldır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər üçün təzyiqi normada saxlamaq çox vacibdir.

Bu işdə xüsusi dərman preparatları, pəhriz və fiziki aktivlik əsas rol oynayır.

Elmi araşdırmalar göstərir ki, bəzi qida məhsulları təzyiqi aşağı salmağa yardım edə bilir. Saglamolun.az Rusiya KİV-lərinə istinadən sizə bu məhsulları təqdim edir:

Püstə

”Hipertoniya” jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə görə, hər gün 1 ovuc püstə yemək arterial təzyiqi salmağa kömək edir.

Kətan toxumu

Qidalı liflərlə zəngin olan kətan toxumu təzyiqi salır. Mütəxəssislər kətan toxumunu hər gün salatlara, sıyıqlara əlavə etməyi tövsiyə edirlər.

Nar şirəsi

Bu ən güclü təzyiqi salan təbii vasitədir.

Sarımsaq

Sarımsağın tərkibində olan “allisin” adlı maddə təzyiqi salmağa yardım edir. Mütəxəssislər sarımsağı çiy halda yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğrayın və ya sarımsağ əzənlə sıxın. Bu zaman sarımsaqda olan faydalı maddələrin miqdarı artır.

Hibiskus çayı

Mind Body Green nəşri yazır ki, hibiskus çayı xalq təbabətində təzyiqi salmaq üçün istifadə olunur. Bu çay həmçinin qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəliklərinin riskini azaldır. Hibiskus xalq arasında daah çox “Məkkə gülü” kimi tanınır.

Çuğundur şirəsi

Ürəyin normal fəaliyyəti üçün ən vacib 2 maddə - kalium və maqneziumdan əlavə çuğundur şirəsinin tərkibində nitratlar da var. Bu maddələr damarları genişləndirir və təzyiqi salır. Mütəxəssislər hipertoniyadan əziyyət çəkənlərə hər gün çuğundur şirəsini içməyi tövsiyə edirlər. Qida mütəxəssisləri çuğundur şirəsini yarıbayarı su və ya kök şirəsi ilə qarışdırmağı məsləhət görürlər.

Somon balığı ("losos")

Circulation nəşrində dərc olunmuş araşdırma göstərib ki, omeqa-3 yağlı turşularla zəngin olan somon ürəyin sağlamlığını qoruyur və təzyiqi aşağı salır.
Saglamolun.Az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2020
Barmaqların vəziyyətinə görə ağciyər xərçəngini müəyyən etməyin yolu açıqlanıb
21.09.2020
Alimlər 7 ən faydalı ərzağın adını açıqladı: Onların hamısı Azərbaycanda var
21.09.2020
Maska taxmaq immun gücünü artırır?
20.09.2020
Hansı daha ölümcüldür: koronavirus yoxsa adi qrip? - Virusoloq
19.09.2020
COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb