Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

“Əgər indi bunu etməsək, gələcəkdə deyəcəyik ki...” - Fazil Mustafa

16:07  |    02 İyun 2020  |   E-mail  |  Çapa göndər

Biz müxalifət olaraq əksər vaxt tənqidə üstünlük veririk. Amma bir məqamı qeyd etmək istərdim.

Son vaxtlar Milli Məclis rəhbərliyi səviyyəsində həll edilən müsbət hallardan biri də ayrı-ayrı komitə üzvlərinin qanun layihəsi təqdim etməsidir. Əvvəl sanki komitə sədrlərinin inhisarı var idi və komitə üzvlərinin potensialı üzə çıxmırdı. Mən indiki halı təqdir edirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasında deputat Fazil Mustafa səsləndirib.

Deputat həmçinin təklif edib ki, Azərbaycan orta məktəblərində hərbi dərslər bərpa edilsin: “Dağlıq Qarabağ konflikti ilə bağlı bir sıra məsələni diqqətdən kənarda saxlamaqla gələcəkdə problemlərlə üzləşə bilərik.

İllər əvvəl orta məktəblərdə qumbara partlamışdı, buna görə hərbi dərslər yığışdırıldı. Biz müharibə aparırıq, bu səbəbdən hərbi dərslərin bərpasını təklif edirəm. Bunun əsaslandırılması çox sadədir. Biz çox vaxt kadr problemini, hazırlıqsız olduğumuzu qeyd edirik. Onsuz da problemi hərbi yolla həll edəcəyik. Əgər indi bunu etməsək, gələcəkdə deyəcəyik ki, hazırlıqlı deyildik”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2020
Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır?
21.09.2020
Dövlət qurumları şortikə qadağa qoya bilər? - Açıqlama
21.09.2020
Tarixçi “Arsak”la bağlı müzakirələrə nöqtə qoydu
19.09.2020
DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir
15.09.2020
Yəhudi alimdən çağırış: "Koronavirus bizim xilaskarımızdır"