Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7072

Digər sorğular

Döyüş atışlı taktiki-uçuş təlimləri keçirildi - VİDEO

15:50  |    01 İyun 2020  |   E-mail  |  Çapa göndər


Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhə və ordu aviasiyasının döyüş atışlı taktiki-uçuş təlimləri keçirilib.

Qaziler.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi pilotların döyüş bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri praktiki atışlar icra ediblər.

Pilotlar hava hücumundan müdafiə vasitələrindən yayınaraq və ərazinin relyefindən istifadə edərək müxtəlif yüksəkliklərdə manevr etməklə şərti düşmənin döyüş mövqelərini bombardman ediblər. Bununla yanaşı, şərti düşmənin komanda və müşahidə məntəqələri, artilleriya atəş mövqeləri, müşahidə postları, habelə zirehli maşınlarını təqlid edən tək və qrup hədəfləri məhv edilib.

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2020
Kosmik Məsələlər üzrə Şuranın tərkibi təsdiqləndi
23.09.2020
Biləsuvarın icra başçısı köməkçisini işdən çıxartdı
23.09.2020
Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı rəsmi açıqlama
23.09.2020
Kosmik Məsələlər üzrə Şura yaradıldı
23.09.2020
“AzGold” MMC-nin rəhbəri həbs edilib