Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6991

Digər sorğular

XOCALIDAN BUDAPEŞTƏ

23:43  |    27 May 2020  |   E-mail  |  Çapa göndər


...........Giriş........

İlqar Resul |

Sarkisyan da, Koçaryan da etiraf edib ki, Xocalı qətliyamını törətməkdə məqsədləri azərbaycanlıların gözünü qırmaq, qorxutmaq olub...
...........l Fəsil.......
2004 -ün payızı idi. Dünyanın hər yerindən olan jurnalistlərlə birgə İsraildə on günlük səfərdə idim (Azərbaycandan tək mən idim). Mən bir gün gec yola düşmüşdüm başqalarından. Ora çatanda foyedə yeni gəlmiş iki gürcü jurnalist gördüm. Tanış olduq. Bizi otaqlara apardılar. Hər otağa iki nəfər nəzərdə tutulmuşdu. Gürcüləri bir otağa yerləşdirdilər. Məni başqa otağa apardılar. O gecə tək qaldım. Səhər aşağı düşüb girişdə qonaqlardan neçə nəfərin hələ də gəlmədiyini və kimlər olduğunu soruşdum. Siyahıya baxıb dedilər ki, tədbirə dəvət olunan jurnalistlərin hamısı gəlib artıq, bircə Ermənistan təmsilçisi yoxdu. Öz-özümə dedim ki, "aha, demək mənim otaq yoldaşım erməni olacaq". Ordan aralandım, getdim basseynə-filana (tədbir sabah başlayacaqdı deyə boşluq idi), ardınca bir xeyli kafedə oturdum jurnalistlərlə, günortadan sonra otağa qayıdanda gördüm içəridə boylu-buxunlu, enlikürək bir erməni dayanıb. Xidmətçi xanım da boş çarpayını onunçün hazırlayır. İçəri girib kisinə bir salam verdim. Erməni dərhal adımı soruşdu (azərbaycanlı olduğumu artıq anlamışdı). -Adım İlqardı-dedim.
-Mənimki də Aramdı - deyib duruxmuş halda əlini yüngülcə dizinə vurdu - vəssalam də, bilirdim ki, bu yəhudilər belə edəcək, - gileyləndi- bizi bir otağa salacaqlar.
Məhəl qoymayıb xidmətçi işini rahat görsün deyə eyvana çıxdım. Kətildə oturub pivə içirdim, Aram çox narahat halda, ama özünü şən göstərməyə çalışaraq eyvana çıxdı, yaxınlaşdı mənə:
-İlqar, necə düşünürsən, bu on günü biz bu otaqda sülh şəraitində yaşaya bilərikmi?
Dedim -niyə də yox, sən özünü yaxşı aparsan iyirmi gün də qala bilərik, sülh də olar, əminəmanlıq da.
Qayıtdı ki, amma Budapeştdə Qurqenlə Ramil yola gedə bilmədilər.
Dedim, demək ki, Qurqen özünü yaxşı aparmayıbmış.
Hiss edirdim ki, xidmətçi qız otaqdan çıxmamış Aram məsələni çözüb rahat olmaq istəyir. Söhbətinə davam elədi ( zalım oğlu elə də şirin "İlqar" deyirdi ki, heç əkiz qardaşım İlham o cür deyə bilməzdi):
-Bilirsən İlqar, mən Yerevandan yola düşəndə anam dedi ki, hara gedirsən ay oğul, birdən orda azərbaycanlı olar, sənin başını kəsər. Mən də ona dedim ki, yox ay ana, o bilər ki, mənim başımı kəssə, Bakıya qayıdan kimi, yapışarlar yaxasından ki, sən niyə günahsız insanı öldürdün...
-Aram - deyib sözünü kəsdim - Qurqen durduğu yerdə, günahsızcasına yox, Aərbaycanın bayrağını təhqir etdiyi üçün başını itirdi. Ümid edirəm ki, sənin burada Azərbaycan bayrağını təhqir etmək fikrin yoxdu?
Tələsik cavab verdi ki, yox, nə danışırsan, qətiyyən, heç ağlıma da gəlməz elə şey, mən sülh adamıyam.
Dedim, onda narahat olmağına heç bir əsas yoxdu.
Sonra Aram İsraildə dayısı yaşadığından, məni onlara qonaq aparıb tanış edəcəyindən və daha nələrsə danışdı, yıxıldıq yatdıq. Səhər tezdən aşağıda hamı yığışmalı idi. Avtobusla səyahətə çıxacaqdıq. Qalxdım, yuyundum, Aramı silkələyib oyatdım ki, dur, aşağıda bizi gözləyirlər. Dedi mən getmirəm, yatacam bir az.
Düşdüm aşağı, 40 dan çox jurnalist avtobusla getdik gəzintiyə. Düşdüyümüz məntəqələrin birində yerli tv-lərdən biri məndən Qarabağa dair müsahibə aldı. Müxbir sonda dedi ki, eşitmişik erməni ilə bir otaqda qalırsız, necə keçir qonşuluq? Dedim, hər şey normaldı, heç bir narahatçılıq yoxdu. Müxbir soruşdu, bəs hanı o erməni? Dedim, gəlmədi.
-Niyə gəlmədi?
-Səhər mən ona dedim, gəl gedək, dedi yox, mən bu gün yatacam.
Müxbir qayıtdı ki, bəs deyirsən hər şey normaldı? Adam gecə yata bilməyib ki, gündüz yatmağa qərar verib də.
Düzü müxbirin dediyinə inanmadım, güldüm də. Amma həmin gecə anladım ki, doğrudan eləymiş. Gecənin bir aləmi oyandım ki, Aram yataqda uzanıb gözlərini mənə zilləyib. Dedim, niyə yatmırsan, dedi, yuxum gəlmir...
Sonrakı günlər fikir verdim gördüm ki, o hər dəfə vanna otağına (ayaqyolu da orda idi) girəndə qapını içəridən bağlayır...

................ll Fəsil
İsraildən qayıdandan bir müddət sonra dostumuz vəkil Adil İsmayılovun kabinetində Ramil Səfərovun səs yazısını dinlədim (o vaxtadək mən Ramili dar düşüncəli biri hesab edirdim). Dinlədim və ona əməlli- başlı hörmətim yarandı. Ramil nə etdiyini, niyə etdiyini və sonra ailəsi, xalqı və ölkəsi üçün arzulanmaz nələr olacağını əvvəlcədən danışırdı səs yazısıbda. Xüsusən niyə bu addımı indi atmağa gedəcəyini deyəndəki səs tonu bəs edirdi, adamın geriyə yolu qalmadığını anlayasan.
Ramilin dediklərinin arasındakı bir cümlə Aramı saldı yadıma.
Ramil deyirdi ki, qoy bu şərəfsizlər Ermənistandan kənara qorxa-qorxa çıxsınlar, qorxsunlar ki, getdiyimiz yerdə birdən Azərbaycanlı olar...
Və Aram qorxurdu...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
21.05.2020 Xanzadəlikdən xanəndəliyə: biz niyə belə olduq?
30.06.2016 “Sevgi günü“