Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

DİQQƏT: Bu gündən Bakıda sürücülər cərimələnəcək

12:20  |    29 Mart 2020  |   E-mail  |  Çapa göndər


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə yenidən müraciət edib.

İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report"un sorğusuna cavab olaraq bildirib ki, kameralar vasitəsilə idarə edilən nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək:

"Ötən gün ərzində Bakı şəhər ərazisində idarə edilən nəqliyyat vasitələri ilə bağlı vətəndaşlara müraciət edildi. Müraciətdə bildirildi ki, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin, xüsusi ilə də rayon qeydiyyatında olan dövlət nömrə nişanlı avtomobillərin idarə olunması məqsədə müvafiq deyil. Bu gün istirahət günü olsa da, Bakı şəhər ərazisində aparılan araşdırmalar deməyə əsas verir ki, hələ də karantin tələblərinin pozulması bəzi sürücülər tərəfindən səhlənkarlğa yol verilir və avtomobillər idarə edilir. Ona görə bir daha paytaxt sakinlərinə, avtomobil sahiblərinə, sürücülərə müraciət edirik.

Bildiririk ki, karantin tələblərinin pozulması ilə bağlı inzibati tənbeh tədbirlərinin Bakı şəhər üzrə görülməsinə start verildi. Belə ki, kameralar vasitəsilə nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək.

Deməli, bir daha sürücülər və avtomobil sahibləri bilməlidirlər ki, paytaxt ərazisində yalnız kommunal təyinatlı, qəza-bərpa və ya tikinti işlərində istifadə edilən nəqliyyat vasitələri və digər avtomobillər idarə edilməlidir.

Eyni zamanda hər kəsi yenidən "Evdə qal" kompaniyasına qoşulmağa dəvət edirik. Bir daha yadınıza salırıq ki, "Evdə qal" kompaniyasına qoşulmaq Bakı şəhər ərazisində yol-nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə, eləcə də yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına təsir göstərir. Ayrıca da hazırda paytaxt ərazisində idarə edilən kommunal təyinatlı və yaxud dezinfeksiya işləri ilə məşğul olan epidemiya sahəsində olan şəxslərin də sərbəst hərəkətinə şərait yaradılır. Ona görə də sürücülər, avtomobil sahibləri karantin tələblərini düzgün yerinə yetirməyə çalışsınlar.

Beləliklə də həmin şəxslər özlərini, həm ailə üzvlərini, həm də digər şəxslərin sağlamlığının qayğısına qalmış olurlar".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Baş Prokurorluqdan 35 yaşlı kişinin özünü yandırması ilə bağlı AÇIQLAMA
02.06.2020
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi
02.06.2020
Qərb bölgəsinə dolu düşüb
02.06.2020
Bu şəxslər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri olacaq - SİYAHI
02.06.2020
Prezident uşaqlarla bağlı strategiyanı təsdiqlədi - SƏRƏNCAM