Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Azərbaycanda daha bir nəfər koronavirusdan dünyasını dəyişdi - Hadisə yerindən VİDEO

21:56  |    28 Mart 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda qeyd olunub ki, 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib.

Xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin səhhətinin sabitləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır. Onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanda bu kəndin adı dəyişdirilir
04.06.2020
Azərbaycanda salfetka satıb dilənçilik edən uşaqların 3 saata qazandığı MƏBLƏĞ
04.06.2020
Prezident su təsərrüfatı və meliorasiya işçilərini təltif etdi - Sərəncam
04.06.2020
İlham Əliyev onlara fəxri adlar verdi - SƏRƏNCAM
04.06.2020
Baş nazir iş saatları ilə bağlı QƏRAR verdi