Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”

21:30  |    19 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Müğənni Manaf Ağayevin verilişlərin birində “Bizə əsər yox, çörək lazımdır” deməsi sənət adamları tərəfindən birmənalı qarşılanmayıb.

Moderator.az-a açıqlamasında şair Zakir Fəxri müğənninin bu ifadəsini primitiv bir ucuş şou adlandırıb:

“Ciddi sənət, ciddi musiqi həmişə yaşayıb. Məsələn, muğam ağır sənətdir. Manafın “Bizə sənət yox, çörək lazımdır” ifadəsi bir şoudur və həmin şey bu gün ədəbiyyatda da var. Sadəcə ədəbiyyatda çörək olmadığı üçün sözlər çox bayağı, primitivdir. Bu yaşayan bir şey deyil, çörək üçün oxunan mahnı bu gün var, amma sabah yoxdur. O çörək üçün oxuduğun bayağı mahnı da çörək kimi bitib gedir. Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil. Azərbaycanda minlərlə mahnı yaranıb, amma birinin adını çəkin ki, o indi də yaşayır. Bu sadəcə kommersiya məqsədi üçün oxunan mahnılardır. Burdan belə çıxır ki, bizə çörək lazımdır, Qarabağ yox. Adam sadəcə dərinə getmək istəmir. Manaf belə şeyi özünə yaraşdırmalı deyildi. Bu çox absurd və gülməlidir. Onda belə başa düşülür ki, bizə Mirzə Cəlil, Sabir, Cabbar Qaryağdıoğlu lazım deyil, çörək lazımdır. Ona görə də son on ildə heç bur torpaqların adı çəkilmir. Gənclərin beynin boş-boş şeylərlə doldurduqları üçün Qarabağ haqda düşünən yoxdur. Bu isə çox böyük ağrıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
21.05.2020
26 illik nazirin həzin sonu - VİDEO
19.05.2020
Xalq artisti ölüm xəbərini yayanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”
13.05.2020
Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı - FOTO
11.05.2020
20 il əvvəl dünyasını dəyişmiş aktyoru efirə dəvət etdilər - Rüsvayçılıq