Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür

22:48  |    11 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Vladimir Menşovun məşhur “Moskva göz yaşlarına inanmır” filminin premyerasından düz 40 il ötür.

AZƏRTAC xəbər verir ki, “Moskva göz yaşlarına inanmır” filmi 1980-ci il fevralın 11-də prokata çıxıb. Valentin Çyornıxın “İki dəfə yalan danışmış qadın” adlı ssenarisi əsasında çəkilmiş film 1981-ci ildə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına və SSRİ Dövlət mükafatına layiq görülüb.

Vladimir Menşovun dediyinə görə, melodrama janrında olan bu ssenaridən əvvəlcə imtina etmək istəyib, lakin ssenaridə baş qəhrəmanın zəngli saatı quraraq yatağa uzanması və 20 ildən sonra zəngin səsinə yuxudan oyanması məqamı ona çox maraqlı gəlib. V.Menşov sonralar etiraf edib ki, gələcək filmdə onun üçün və xanımı, baş rolun ifaçısı Vera Alenteva üçün müəyyən avtobioqrafik notlar olub. Belə ki, filmin qəhrəmanları kimi, onlar da yataqxana həyatı yaşayıblar və Moskvanı fəth ediblər.

Vladimir Menşov Bakıda anadan olub. O, Rusiyanın Xalq artisti, tamaşaçılar tərəfindən çox sevilən bir çox filmlərin, o cümlədən “Məhəbbət və göyərçinlər”, “Şirli-mırli” və s. filmlərin rejissorudur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
21.05.2020
26 illik nazirin həzin sonu - VİDEO
19.05.2020
Xalq artisti ölüm xəbərini yayanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”
13.05.2020
Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı - FOTO
11.05.2020
20 il əvvəl dünyasını dəyişmiş aktyoru efirə dəvət etdilər - Rüsvayçılıq