Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7074

Digər sorğular

Türkiyə “Patriot” sistemləri almaq üçün ABŞ-a sorğu göndərib

22:42  |    14 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Türkiyə “Patriot” hava hücumundan müdafiə sistemləri almaq üçün ABŞ-a göndərdiyi sorğunun cavabını gözləyir.

Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə keçirilən Doha forumunda deyib.

“Türkiyə ABŞ-ın hələ də onun müttəfiqi olduğuna inanır. Heç kim S-400 zenit-raket komplekslərinin alınmasına dair Rusiya ilə əldə olunan sazişi ləğv edə bilməz, bu, artıq baş tutub. Rusiyanın təklifi daha sərfəli idi və biz onu qəbul etdik. İndi isə biz ABŞ-dan “Patriot” sistemlərini almağa hazırıq və onların cavabını gözləyirik”, - deyə Çavuşoğlu bildirib.

Nazir, eyni zamanda ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi təqdirdə Ankaranın buna cavab vermək məcburiyyətində qalacağını da vurğulayıb.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı tələb edib. Əks-təqdirdə Vaşinqton Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri iyul ayının ortalarından Türkiyəyə çatdırılmasına başlanılıb.

Uzaq məsafəli zenit-raket sistemi - S-400 Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistan da qoşulacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.09.2020
Kremldən Lukaşenko ilə bağlı kritik açıqlama: “Vəziyyət çətinləşəcək”
25.09.2020
ÜST koronavirusdan ölüm sayını proqnozlaşdırdı
25.09.2020
Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi
25.09.2020
NATO Rusiya sərhədində aktivləşib - Gerasimov
25.09.2020
İran yeni radar sistemlərini təqdim etdi