Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

"Mübariz İbrahimovu təhqir edən arvadım deyil" - Azər Axşam

21:25  |    13 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Aktyor Azər Axşam sosial şəbəkədə təxribatla üzləşib.

Belə ki, aktyorun həyat yoldaşı olduğunu bildirən Səbinə Şabanova adlı şəxs Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib.

O daha sonra "Mənim ərimdən başqa Azərbaycanda kişi yoxdur. Ona xalq artisti adı veriləcək" deyə bildirib.

Onun sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

Yaşananlarla bağlı musavat.com-a danışan aktyor təxribatla üz-üzə qaldığını bildirib:

"Bu üçüncü dəfədir ki, təxribatla üzləşirəm. Sosial şəbəkədə naməlum adamlar profil açır, mənim və yoldaşımın adından nalayiq sözlər yazırlar. Polisə müraciət etmişəm. Profil bağlanır və həmin şəxsləri tapa bilmirlər. Mənim həyat yoldaşım heç kimi təhqir etməyib. O profil xanımıma aid deyil. Kim olduğunu bilmirəm. Hansı Azərbaycan xanımı öz kişilərini belə təhqir edər və ya qəhrəmanımıza dil uzadar? İnanmıram ki, o profili açan azərbaycanlıdır".

A. Axşam "Həmin şəxs sizdən qisas almaq istəyən birinci həyat yoldaşınız ola bilər? Çünki sosial şəbəkədə bu iddia da ortaya atıldı" sualına isə belə cavab verib: "Bilmirəm. Heç kimin babalını yumaq, günahını üzərimə almaq istəmirəm. Onun olduğuna inanmıram. Allah həmin profili açan şəxsin bəlasını versin. Məni dillərə saldı. İnsanlar bu cür təxribatlara inanmasınlar. Biz sənət adamıyıq, bizi başqa işlərə çəkməsinlər".





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO
12.11.2019
Azərbaycanlı nazirlərin əcnəbilərlə ailə quran övladları - VİDEO
09.11.2019
AĞ ADAMIN HƏDİYYƏSİ
05.11.2019
Baş həkim: “Oktay Gülalıyevin İstanbula sabah aparılacağı gözlənilir”
31.10.2019
"Arvadım mənə xəyanət edib" - Səyavuş Aslanın oğlu