Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Fəqərə sürüşməsi nəyə səbəb olur?

19:19  |    13 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Fəqərə sürüşməsi bir fəqərənin digərinə nisbətən yerdəyişməsi kimi başa düşülür.

Bu, xəstənin normal həyat fəaliyyətini pozmaqla yanaşı müəyyən klinik əlamətlərin meydana gəlməsinə gətirib çıxarır.

E-tibb.az bildirir ki, bunu neyrocərrah, ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimi Cəmil İsgəndərli deyib.

Onun sözlərinə görə, fəqərə sürüşməsinin olduğu rentgen müayinəsi ilə təyin olunur. Bundan sonra xəstədə digər problemlərin: onurğa darlığının, disk yırtığının olub-olmadığını araşdırmaq üçün əlavə MRT müayinəsindən istifadə olunur: "Təəssüf ki, fəqərə sürüşmələrinin müalicəsi yalnız cərrahi müalicədən ibarətdir. Əməliyyatla sürüşən fəqərə digər fəqərələrə fiksatorlar vasitəsilə möhkəmləndirilir və orada olan patologiya aradan qaldırılır.

Bu fəqərənin sürüşməsinin qarşısını almaqla yanaşı xəstənin şikayətlərini də aradan qaldırır. Bu əməliyyatlarla əksər hallarda xəstənin şikayətləri kəsməklə yanaşı ağırlaşmaların da qarşısı alınır".

Həkim bildirib ki, sürüşmə uzun zaman davam edəndə onurğa kanalında darlığa, disk yırtıqlarının yaranmasına gətirib çıxarır: "Bu, qorxulu xəstəlik deyil, vaxtında düzgün mütəxəssisə müraciət etdikdə aradan qaldırılır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Unsuz çörək necə hazırlanır? - Ləzzətli "Oopsie" çörəyi
30.05.2020
Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdı
30.05.2020
Üzdəki ləkələrdən qurtulmağın yolu - Pomidor maskası
28.05.2020
Maska taxmaq bu şəxslər üçün təhlükəli ola bilər
28.05.2020
İnsandan koronavirusa yoluxma riskinin yüksək olduğu vəhşi heyvanlar müəyyən edilib