Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6607

Digər sorğular

Azərbaycan icması Zatulinlə əlaqədar Rusiya Dövlət Dumasının spikeri və XİN rəhbərinə müraciət edib

11:09  |    13 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Rusiyadakı Azərbaycan İcması Dövlət Dumasının deputatı, ermənipərəst
Konstantin Zatulinin işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə və Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayət regional Federal Milli Mədəni Muxtariyyətinin Şurası tərəfindən göndərilən müraciətdə bildirilib ki, 2019-cu il 11 oktyabr tarixində Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini, Dumanın I, IV, V, VII çağırış deputatı, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında elmi şuranın üzvü, MDB ölkələri İnstitunun rəhbəri, Xaricdə yaşayan həmvətənlərlə iş üzrə Dövlət Komissiyasının üzvü Konstantin Zatulin işğal altında olan Xankəndi şəhərində "Ədalət və sülh naminə əməkdaşlıq" adlı 'Artsaxın dostları Beynəlxalq Forumu"nda çıxış edib.

Rusiyadakı Azərbaycan İcması Dövlət Dumasının deputatının etik normalara əməl etməməsi səbəbindən çıxış etmək hüququndan məhrum edilməsini istəyib: “Konstantin Zatulin kimin dəvəti ilə bu Foruma gedib? Nə BMT, nə Rusiya, hətta Ermənistan tərəfindən belə tanınmayan “Artsax” adlandırılan qondarma "respublika"nın rəhbərliyinin? Zatulin orada kimi təmsil edib, hansı təşkilat adından çıxış edib? Dövlət Dumasının komitə sədrinin birinci müavini, yoxsa MDB ölkələri İnstitunun direktoru kimi? Zatulinin oradakı bəyanatlarının hamısı Rusiya dövlətinin, Dövlət Dumasının rəsmi mövqeyidirmi? Siz onun bəyanatlarının Dövlət Dumasının MDB üzrə iş Komitəsində tutduğu vəzifə ilə uyğunluğunu necə qiymətləndirirsiz? Zatulinin dediyi "Əminəm ki, Rusiya Federasiyası dövlət kimi Qarabağ münaqişəsinin ədalətsiz həllinə imkan verməyəcək. Rus xalqı ilk növbədə vicdan və ədaləti qiymətləndirir. Onlar isə sizin tərəfinizdədir" sözlərini necə başa düşmək olar? Qarabağ münaqişəsinin ədalətsiz həlli nə deməkdir? Bir çox millətdən olan rusiyalıların fikrini ifadə edərək tələb edirik ki, Dövlət Dumasının deputatı Konstantin Zatulin etik normalara riayət etmədiyi üçün Rusiyadan kənarda sadəcə deputat kimi deyil, həm də Dumanın Komitə sədrinin birinci müavini kimi çıxış etmək hüququndan məhrum edilsin. Eyni zamanda MDB ölkələri İnstitunun təsisçiləri (Rusiya XİN, Moskva Dövlət Universiteti və Moskva Dövlət Beynəlxalq Əlaqələri Universiteti -MQİMO) qarşısında Konstantin Zatulinin əsas vəzifələrini yerinə yetirməməsi səbəbindən direktor vəzifəsinə uyğun gəlmədiyi haqqında məsələ qaldırılsın. O cümlədən Rusiya Federasiyası Təhlükəsizlik Şurası qarşısında Konstantin Zatulinin elmi Şuranın üzvlüyündən xarici edilməsi barədə məsələ qaldırılsın".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2019
Rusiya Dağlıq Qarabağ konfliktininin dondurulmasının tərəfdarıdır - Tarasov
14.12.2019
Düşmən atəşkəsi pozmaqda davam edir
13.12.2019
Gələn il “aprel savaşı” daha geniş miqyasda təkrarlana bilər? - gözlənti
13.12.2019
Cəbhədə son durum: düşmən cavab atəşi ilə susdurulub
12.12.2019
Zəngilan necə işğal edildi? - Erməni general açıqladı