Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6607

Digər sorğular

Beynəlxalq şəraiti biz yaratmalıyıq...

22:07  |    11 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Türkiyə silahlı qüvvələri Suriyada faktiki antiterror əməliyyatı keçirir və sərhədinə yaxın yerdə təhlükəsizliyi təmin etmək üçün havadan, qurudan döyüşlər aparır.

İlham İsmayıl |

Türkiyə bir aydan çoxdur ki, bütün dünyaya, ilk növbədə də Suriyada hərbi kontingenti olan Rusiya, ABŞ dövlətlərini, marağı olan İranı, Avropa Birliyini xəbərdar edirdi. Buna görə ABŞ prezidenti Trampdan ilk günlər hədələr də almışdı. Qısa desək, illərdir davam edən Suriya münaqişəsində marağı olan heç bir dövlət Türkiyəyə razılıq verib demədi ki, get müharibəni elə. Amma, Türkiyə hərbi əməliyyatları başladı və davam edir, BMT TŞ-də Türkiyəni qınayan sənədə ABŞ və Rusiya veto qoydu. Bu da sənə diplomatiya. Niyə bu məsələni xüsusi vurğulayırıq.?

Azərbaycanın müdafiə naziri yaxın keçmişdə bəyanat vermişdi ki, “beynəlxalq şərait müharibə aparmağa imkan vermir”. Heç bir dövlət, hətta dost olanlar belə, açıq şəkildə elan edəsi deyil ki, hörmətli Azərbaycan Respublikası , zəhmət olmasa torpaqlarınızı azad etməyə başlayın. Beynəlxalq şəraiti Türkiyə gözləsəydi, çoxdan sərhəddə PKK kürd dövləti yaranmışdı və Türkiyə ikiqat terrora məruz qalacaqdı, ya da gələcəkdə bizim kimi torpaq itkisi ilə qarşılaşacaqdı.

Beynəlxalq şəraiti zərərçəkən kimi biz yaratmalıyıq! Heç kəs bizim əvəzimizdən bizə şərait yaradası deyil ki, “mən ölüm , get torpağını azad et”. Türkiyənin sərhədini kimsə keçib torpaq işğal etməyib, amma bizim ərazimizin Ermənistan tərəfdən işğalı faktdır və BMT tərəfindən də təsdiq olunub. Deməli, Azərbaycan üçün beynəlxalq şərait hər zaman var. Sadəcə olaraq qətiyyət və iradə çatmır.

Bu çatışmazlıq şübhəli xarakter almağa başlayıb. Torpaqlarımızı azad etməyə nə və kim mane olur? Mane olanın iradı nədir? Mane olan( lar)dan nə dərəcədə asılıyıq və niyə asılıyıq? Bu dövləti gözükölgəli edən hansı faktorlardır? Qarşımızda Türkiyə nümunəsi var. Türkiyənin böyük və güclü dövlət olmasını səbəb kimi göstərmək lazım deyil. Türkiyənin qarşısında dayananlar da böyük dövlətlərdir, Azərbaycanın qarşısındakı isə Ermənistandır. PYD, YPQ, PKK-nın da havadarı var, ermənilərin də. İş havadarda deyil, işi görəndədir. Yaxşı rəqqasa mane olan nədir?

Hərəkat yaratmağın vaxtı çoxdan bitib, gec də olsa indi hərəkət etməyin vaxtıdır. Başımızı oktyabryat, pioner oyunları ilə qatmaq özümüzü aldatmaqdır.

Beynəlxalq şəraiti bəhanə gətirənlər bir daha bilməlidir ki, bu şəraiti gözləyənlər sonsuza qədər gözləyə bilərlər. Artıq bir 30 il yox, hətta 30 gün belə bizim zərərimizə işləyir.

moderator.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
06.11.2019 Vətəni dilənməzlər, Vətəni savaşla alarlar, cənab dilənçilər...! - VİDEO
02.06.2019 Avropa niyə hesab edir ki, Azərbaycan Qarabağ uğrunda vuruşmayacaq?
04.09.2017 “Bunun Vətənə xəyanətdən başqa adı yoxdur... - İLHAM İSMAYIL...
23.05.2017 Mazelli və Karrantinin Tərtərdə nə işi?