Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

"Evimə sarı" filminin təqdimatı: Tərk edilmiş yurd yerləri - Sahiblənməsək itirə bilərik - Qarabağ kimi... - FİLM

21:39  |    12 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Qax rayonunun Sarıbaş kəndi və fədakar insanları haqqında olan "Evimə sarı" filmi youtube-də yerləşdirilib.

Film reportaja əlavə edilib

***11 oktyabr saat 19.19

Beynəlxalq Mətbuat Mərkəzində "Evimə sarı" filminin təqdimat mərasimi keçirilib.

Qaziler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Jurnalistikanın İnkişafına Yardım" İctimai Birliyi tərəfindən “vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində hazırlanmış "Evimə sarı" filminin təqdimat mərasimi keçirilib.



Mərasim Qax rayonunun Sarıbaş kəndindən bəhs edilən "Evimə sarı" filminin nümayişi ilə başladı. Bu qısametrajlı filmin redaktoru, ssenari müəllifi Arzu Qaziyeva, rejissoru Nazim Məmmədov, operatoru Sahib Səfərovdur.

Filmin nümayişindən sonra tədbir iştirakçıları öz fikirlərini bildirdilər.


Əslən Qaxın Sarıbaş kəndindən olan fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetin müəllimi Abdullah Əhmədov bu qədim kəndin tarixi haqda məlumat verdi. Bir müddət doğma kəndində müəllim işləyən professor bildirdi ki, kənddə olan məscid 1591-ci ildə tikilib. Bu, onun divarında olan kitabədə qeyd olunub. "Biz "Yurda yardım" fonduna müraciət etdik və məscidi təmir etdirdik. Torpaqlarımıza, onun abidələrinə sahib çıxmalıyıq ki, ona iddia edən olmasın. Qafqaz Albaniyasına aid abidələrə gürcülər, ermənilər iddia edir". Bununla belə, Abdullah Əhmədov gələcəyə ümidlə baxdığını, Sarıbaşa və digər boşalmış yurd yerlərinə QAYIDIŞın olacağına ümid etdiyini bildirdi.



Tədbirdə çıxış edənlər heç bir şəraiti olmayan Sarıbaş kəndində yaşayanların fədakarlığından danışaraq bu kənddə turizmi inkişaf etdirməyin mümkünlüyünü bildirdilər. Qafqaz Albaniyasından qalan abidələrin tədqiq olunmasının vacibliyi vurğulandı.



Sarıbaş kəndinin insanlarından, həyat şəraitindən bəhs edilən bu filmi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihə şəklində verdiklərini deyən Arzu Qaziyeva Qaziler.az-a bunları bildirdi: "Layihə müsabiqədən keçdi və bizə maliyyə vəsaiti ayrıldı. Layihənin mövzusu azərbaycançılıq, vətənpərvərlik ideyalarının təbliğidir. Biz həmişə vətənpərvər insanlardan danışanda tanınmış ictimai xadimləri, mədəniyyət xadimlərini xatırladırıq, amma vətəni təkcə onlar yox, sadə insanlar da öz çiyinlərində daşıyırlar. Yurd sevgisi insanla birlikdə doğulur. Vətənpərvərlik mövzusu məhəbbət, müharibə mövzuları qədər çox işlənmiş mövzu olduğuna görə, bizim zəmanəmizdə öz orijinallığını bəlkə də itirib. Amma onu yenə də orijinal edən Sarıbaş kəndində yaşayanlar kimi qeyri-adi insanlardı. Həmin adi insanlar öz filmlərinin təbii aktyorları oldular. Öz arzularını, problemlərini dilə gətirirdilər. Bu kənd haqqında baxdığımız filmlərin hamısında ancaq yaxşı şeylərdən danışılırdı. Ancaq biz orada fərqli mənzərə ilə rastlaşdıq: kəndin nisgilli taleyi, gözü yollarda qalan insanlar...Təsəvvür edin ki, vaxtilə, yəni sovet dövründə Bakının kanalizasiya sistemi yaxşı işləmədiyi halda 40-cı illərdə Sarıbaş kəndinin kanalizasiyası olub. Bu, inkişaf deməkdi. O kənddə Azərbaycan Dövlət Televiziyasının stansiyası var idi. Kəndin öz xəstəxanası, klubu, ikimərtəbəli məktəbi, xəstəxanası olub. 60-cı illərdə həmin məktəb sökülüb yenisi tikiləndə oranı idman zalı eləmişdilər. İndi orada sərhədçilər çadır qurub yaşayırlar. İndi kənd boşalıb, məktəb də bağlanıb. Kənddə adi tibb məntəqəsi belə yoxdur. Sarıbaşda yaşayanlar xəstələnəndə körpüsü, yolu olmayan "yol"u qət edərək ya Qax rayonunun mərkəzinə, ya da qonşu kəndə getməli olurlar. Bundan böyük problem ola bilməz. Ancaq kənd camaatı bütün çətinliklərə baxmayaraq öz yurdlarını tərk etmirlər. Bax, məncə, vətənpərvərlik, vətən sevgisi elə budur. Kənd camaatı o sevgi ilə yaşayır, kəndi də yaşadırlar. Biz bunu gördük, bunu da çəkdik. Film onlara aid olduğu üçün elə sarıbaşlılar özləri danışdılar.



Tədbirdə Sarıbaşın Rusiya ilə sərhəd kənd olması baxımından da problem yaşandığı haqda məsələyə toxunulmuşdu. Bununla bağlı Arzu Qaziyeva bildirdi ki, biz orada olanda kənddə hərbi geyimli adamları gördük və onların sərhədçilər olduğunu öyrəndik. "Sarıbaş Dağıstan tərəfdən sonuncu aşırımdır, yəni sonuncu sərhəd kəndidir. Onun boşalması strateji baxımdan da risklidir. Boş olan ərazilərə iddialar böyük olur. 350 insanın boşaltdığı o kənddə qalan 15 ailəyə minnətdar olmaq lazımdır. Digər tərəfdən həmin sərhədçilər yalnız isti aylarda Sarıbaşda qala bilirlər. Yağışlar başlayanda ta maya qədər sərhədçilər oradan da aşağı düşməli olurlar. Çünki gediş-gəliş çətinləşir. Həminvaxt kənd faktiki olaraq müdafiəsiz qalır. Sərhədçilərimizin öz yerlərində olması üçün orada hərbi infrastruktur yaradılmalıdır. Bu da maliyyə vəsaiti tələb edir.
Mən bir məsələ ilə bağlı da fikrimi bildirmək istəyirəm. Lahıca, İlisuya, Xanlığa icra hakimiyyətindən vəsait ayrıla bilirsə, lazımi strukturlardan dəstək verilirsə, niyə Sarıbaş kəndi üçün bu edilmir? Niyə icra hakimiyyəti ona ayrılan vəsaitdən Sarıbaşa bir körpü çəkdirmir? Axı kəndin inkişafı, ora turistlərin gəlməsi, ümimiyyətlə yaşayış üçün yol vacibdir. İnsanların o kəndə qayıtması üçün bu lazımdır. Yol, körpü mədəniyyətdir. Mədəniyyət olan yerdə yaşayış da olur".













Arzu Səlim







Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı