Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Ukraynada öldürülən azərbaycanlı tələbə məşhur bəstəkarın nəvəsi imiş - FOTO

10:20  |    11 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər

23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev bir neçə gün əvvəl Kiyevdə öz həmyerlimiz tərəfindən qətlə yetirilib. O, İqtisad Universitetində magistr təhsili alırmış.

Modern.az saytı qətlə yetirilən tələbənin ailəsi barədə məlumat əldə edib.

Belə ki, Ukraynada öldürülən azərbaycanlı tələbənin anası Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır. Babası da tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevdir. 82 yaşlı Telman Hacıyevin hazırda sağ olduğu və Bakıda yaşadığı məlumdur.

Qeyd edək ki, Kiyev prokurorluğundan verilən məlumatda qətlin təxminən 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyi bildirilir. Məlumata görə, qətlə yetirilən gəncin tanışı olub. Qatilin Ukraynadan qaçmağa imkan tapdığı qeyd olunur. Onun ad-soyadı hələ açıqlanmayıb.

Hadisə ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, qətllə bağlı bir neçə gün öncə məlumatlı olub:

"Bununla əlaqədar həm yerli hüquq-mühafizə orqanları, həm də Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Ukraynadakı Azərbaycan diasporu olaraq gənc soydaşımızın qətli bizi üzdü".

Sosial şəbəkələrdə paylaş

loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.06.2020
Avropa Olimpiya Komitəsinin prezidenti vəfat edib
30.05.2020
Bərdədə ana və qızını ölümdən xilas edən polis bıçaqlandı - TƏFƏRRÜAT
29.05.2020
Kim Çen In Prezident İlham Əliyevə məktub yazdı
26.05.2020
Putin varisi deyilən nazirə söz verəndə qələmini atdı - Video
24.05.2020
Putinin xoşuna gəlirəm, amma... - Tramp