Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

XİN: Qarabağa qanunsuz səfər edən almaniyalı jurnalistin adı "qara siyahı"dan çıxarılıb

17:19  |    09 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Almaniya vətəndaşı, müstəqil jurnalist Silvia Stöber Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-dən "Report"a bildirilib ki, məktubunda Silvia Stöber Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu qeyd edib.

Almaniya Federativ Respublikasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə...
15.11.2019
Atəşkəs yenə pozulub
14.11.2019
Qarabağda yol qəzası olub, azı 3 erməni ölüb
14.11.2019
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub
13.11.2019
“Dedim, tabutu açın, görək həqiqətən odurmu...” – Şəhid Milli Qəhrəmanın film kimi həyatı