Yazın son ayını maksimum dərəcədə məhsuldar keçirmək lazımdır. Harada büdrəyəcəyinizi isə ulduzlar sizə deyəcək.

21 yanvar - 19 fevral
Mayın ikinci yarısında Dolçalar itirilmiş daxili balansın axtarışında olacaqlar. Yoqa, meditasiya, sağlamlıq proqramları və uzun piyada gəzintisi - məhz bunlar sizə qorxunu dəf etmək və yeni həyata başlamaq üçün yardımçı olacaq.
Balıqlar
20 fevral — 20 mart
Çəhrayı eynəyi çıxarın, həyat onsuz da çox da boz deyil! Ayın ilk günlərində həyatınızı bayrama çevirməyə hazır olan dostlarınızın dəstəyini hiss edəcəksiniz.
15-20 may tarixində fərqli günlər yaşayacaqsınız.
Qoç
21 mart — 20 aprel
Qoçlar gələn ay gözəl günlər yaşayacaqlar. Gözlərinizi açın və ulduzların sizinçün hazırladıqları hədiyyələri görün. İstənilən macəraya gedin və yaranmış uğurlu şəraitdən həzz almağa çalışın.
Buğa
21 aprel — 20 may
Keçmiş münasibətlər yenə meydana çıxacaq. Lakin çoxdan itirilmiş əlaqələri bərpa etməyə tələsməyin. Bu, olsa-olsa yaxşı heç nəyə aparmayan ötəri ehtirasdır. Rahat olun və özünüzü yaradıcılığa həsr etməyə çalışın. İlk ongünlükdə ola bilsin ki, sizə yeni vəzifədə özünü sınamaq təklif olunsun. Ayın axırı isə sizə ilin ən yaxşı dövr olacağını vəd edir.
Əkizlər
21 may — 21 iyun
Problemlər haqda qərar verməyi uzun müddətə unudun: mayda bunun üçün sizdə nə güc, nə də istək olacaq. Yaxın adamlarınızla bir yerdə olmağa üstünlük verin. Merkuri və Saturn iş yerində sizin bu gücsüzlüyünüzü ört-basdır edəcək.
Xərçəng
22 iyun — 22 iyul
Ulduzlar elə sıraya düzülüblər ki, düşündüklərinizi həyata keçirmək üçün sizə kömək edə bildinlər. Lakin özünüzü ələ alın və prioritetləri düzgün qurun. Çətin vəziyyətlərdə öz daxili səsinizə qulaq asın.
Şir
23 iyul - 23 avqust
Bəzən çox şey əldə etmək üçün keçmişdə buraxılan səhvləri düzəltmək lazım gəlir. Siz bununla mayın 5-dən 13-nə qədər məşğul ola bilərsiniz. Anadangəlmə inadkarlığınız ortaya çıxan maneələr qarşısında geri çəkilməməyə kömək edəcək.
Merkuri əngəlləri layiqincə aradan qaldırmağa yardımçı olacaq.
Qız
24 avqust - 23 sentyabr
Dəyişiklik küləyinə müqavimət göstərmək lazım deyil. Yaxşı olar ki, ona nəzarət edə biləsiniz. Onda hisslər düzgün istiqamətə yönəlməyə mane ola bilməyəcək. 17-21 mayda yüngül münasibətlərdən qaçın. Belə etsəniz uğura nail olma şansı böyükdür.
Tərəzi
24 sentyabr — 23 oktyabr
Həyat açarla döyür, nəticələrdən görünmürmü? Səbr edin və həyatın verdiyi xırda sevinclərdən yararlanın. Həmçinin ətrafdakıların köməyindən imtina etməyin. Ayın ortasında Saturnun köməyi ilə sizi cəlbedici təkliflər gözləyir.
Əqrəb
24 oktyabr - 22 noyabr
Fikirlərin aydınlığı və ağlın gözüaçıqlığı - bax, açıq-aydın bunu sizdən heç kim gözləmirdi. Öküzün buynuzlarından yapışın və qəti qərarlar qəbul edin! 18 maydan sonra ayın axırında uzunmüddətli məzuniyyətlə nəticələnəcək xoş, gözlənilməz hadisələrə hazır olun.
Oxatan
23 noyabr — 21 dekabr
Sizin alicənablığınız və özünüzü başqalarına həsr etməniz əlbəttə ki, təqdirəlayiqdir. Lakin bəlkə, özünüz haqda da düşünəsiniz? Çoxdan düşündüyünüzü artıq həyata keçirin. Xırdalıqlara varmayın. 23 maydan sonra qəhrəmanı mükafat gözləyir.
Oğlaq
22 dekabr — 20 yanvar
Artıq həyatı dəyişməyin və arzuları həyata keçirməyin vaxtı gəlib çatıb. Bununçün ayın birinci yarısında keçən ildən qalma işlərinizi tamamlamağa çalışın. 17 maydan sonra isə başınızı yeni iddialı layihələrə qatın. Və yaxud yeni münasibətlərə...
Qaziler.az
Arzu Səlim
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər