81 vilayətdə axtarışda olan 4995 nəfər tutulub

81 vilayətdə axtarışda olan 4995 nəfər tutulub backend

Son 5 gündə 81 vilayətdə axtarışda olan şəxslərə qarşı həyata keçirilən “Çember-18” əməliyyatlarında axtarışda olan 4995 nəfər tutuldu.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.

Yerlikaya sosial media hesabından verdiyi açıqlamada 81 vilayətdə jandarma, polis və sahil mühafizə qruplarının axtarış qeydləri olanlara qarşı əməliyyat keçirdiyini bildirib.

Əməliyyatlar zamanı 4995 fərarinin tutulduğunu bildirən Yerlikaya: "Dəyərli millətimizin bilməsini istəyirəm ki, qaçaq cinayətkarların küçələrimizdə gəzməsinə heç vaxt icazə verməyəcəyik. Onlara ailələrimizin dincliyini pozmasına  imkan vermədik, verməyəcəyik də", - deyib.

QAZİLER.AZ

 

 

Diaspora