Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4958

Digər sorğular

Neftçalada çoxmənzilli binaların təmirinə pul ayrılıb - SƏRƏNCAM

18:31  |    25 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev sentyabrın 25-də “Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Qaziler.az xəbər verir ki, sərəncamda bildirilir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Neftçala rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, Neftçala Sənaye Məhəlləsi yaradılıb, iri istehsal və emal müəssisələri açılıb, Rayon Mərkəzi Xəstəxanası, Şəhər Mədəniyyət və İncəsənət Sarayı, Uşaq-Gənclər Şahmat Məktəbi əsaslı təmir olunub. Həmçinin Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 3 yaşayış binası inşa edilib, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilib, 31 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb, yeni yollar çəkilib, Kür çayı sahilində bulvar salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2017
Yol polisi işləmək istəyənlərin NƏZƏRİNƏ
19.10.2017
Komitə: Bələdiyyə Könül Kərimovaya qeyri-qanuni olaraq torpaq ayırıb
19.10.2017
Lənkəranskinin 101 milyon avroluq iki oteli üzə çıxdı
19.10.2017
Proqnozlar Bürosu: Azərbaycanda sabit hava şəraiti davam edəcək
19.10.2017
Sabah çiskin olacaq