Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4958

Digər sorğular

Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib

12:45  |    22 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Şəki şəhərində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Qaziler.az-a verilən məlumata görə, qəbulda 30 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü
22.09.2017
Səlim Müslümov Ağcabədi rayonunda 5 rayonun sakinləri ilə görüşüb
22.09.2017
Köçkün müəllim Prezidentdən kömək istədi - “Məni işdən çıxarırlar”
21.09.2017
“Qarabağ“ - “Roma“ oyununa qalan biletlər yalnız... - Klubdan açıqlama
21.09.2017
XİN İraqdakı azərbaycanlı körpələrlə bağlı hərəkətə keçdi