Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4897

Digər sorğular

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında

22:12  |    13 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Azərbaycanda test sisteminin ləğvindən söhbət getmir. Qiymətləndirmənin formatında yeniliklərin tətbiqi nəzərdə tutulur, amma formatda müəyyən yeniliklər olsa belə, sistemdə ciddi dəyişikliklər baş verməyəcək.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov kurrikulumla təhsil alanlar üçün 2 ildən sonra qəbul imtahanlarında dəyişikliklərin olacağı, test imtahanının ləğv ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qiymətləndirmədə dəyişikliklərə artıq start verilib.

C.Bayramov deyib ki, bu il 9-cu sinifdə təhsil alan şagirdlər artıq yeni format üzrə imtahan veriblər: "Bir məqamı qeyd edim ki, test sisteminin ləğvindən söhbət getmir. Söhbət ondan gedir ki, kurrikulum proqramı ilə təhsil alan şagirdlərin biliklərinin yalnız bizim qəbul etdiyimiz ənənəvi qaydada, bir neçə seçim əsasında olan test vasitəsilə həyata keçirilməsi mümkün deyil. Ona görə də orada daha geniş qiymətləndirmənin aparılmasından söhbət gedir. Bu, artıq 9-cu sinif səviyyəsində baş verdi. Yenə də qeyd edirəm ki, qiymətləndirmənin formatında yeniliklərin tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə də Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında işlər davam etdirilir. Yaxın vaxtlarda bununla bağlı geniş məlumat veriləcək. Biz bir məqamı əminliklə qeyd edə bilərik ki, formatda müəyyən yeniliklər olsa belə, sistemdə ciddi dəyişikliklər baş verməyəcək. Yəni burada obyektiv qiymətləndirmə olduğu kimi həyata keçiriləcək, hərtərəfli qiymətləndirmə əsasında şagirdlərin biliyinin üzə çıxarılması həyata keçiriləcək".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.09.2017
“Alışanov atamı şərləyərək həbs etdirib” - AzTV sədrinə qarşı ittihamlar...
25.09.2017
Bakıda 3-cü kurs tələbəsi infarktdan öldü — FOTO
25.09.2017
Nazirə yeni vəzifə verildi
25.09.2017
Milli Məclisin payız sessiyasında ilk iclasının vaxtı və gündəliyi müəyyənləşib
25.09.2017
Neftçalada çoxmənzilli binaların təmirinə pul ayrılıb - SƏRƏNCAM