Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5057

Digər sorğular

Günəşdəki partlayışlarla əlaqədar insult halları artıb

21:50  |    13 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Son günlər Günəşdə baş verən ardıcıl partlayışlar, geomaqnit qasırğalarının orqanizmə bir çox mənfi təsirləri var. Geomaqnit qasırğaları risk qrupuna daxil olan xəstələr, meteohəssas insanlar üçün təhlükəlidir.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan nevroloq Nailə Ələkbərova və kardioloq Oqtay Musayev açıqlayıb.

Mütəxəssislər geomaqnit qasırğalarının daha çox sinir və ürək-qan damar sistemlərinə mənfi təsir etdiyini vurğulayıblar. Qeyd olunub ki, son günlər yorğunluq, halsızlıq hallarından, kəskin yuxusuzluqdan şikayət edənlər çoxalıb.

N. Ələkbərova bildirib ki, Günəşdə baş verən partlayışlarla bağlı yaranan geomaqnit qasırğaları nəticəsində bir sıra nevroloji problemlərlə əlaqədar həkimə müraciətlərin sayında artım qeydə alınıb. Onun sözlərinə görə, Günəşdə partlayışlar qeydə alındığı müddətdə insult keçirmə halları da artıb: “Son günlər əvvəlki dövrlə müqayisədə insult keçirmə halları daha çoxdur. Geomaqnit dalğalarının təsiri nəticəsində insult keçirmə riski də artır”.

Mütəxəssislər qeyd ediblər ki, atmosfer təzyiqində baş verən dəyişikliklər artıq çəkisi olan, əvvəllər insult, infarkt keçirmiş, ürək-damar problemlərindən əziyyət çəkənlər üçün daha çox diskomfort yaradır.

O. Musayevin sözlərinə görə, xüsusilə yaşlı insanlar, qadınlar elektromaqnit dalğalarında dəyişiklikləri daha çox hiss edirlər. Həkim bildirib ki, maqnit qasırğasının təsirləri əsasən 3 gün ərzində özünü büruzə verir və adətən qalıcı olmur.

Kardioloq hesab edir ki, elektromaqnit dalğaları daha çox meteohəssas insanlarda təzyiqin birdən-birə dəyişməsinə səbəb olur. Kardioloq deyib ki, sağlam insanlarda yaranan problemləri xəstəlik kimi deyil, müvəqqəti keçid dövrü kimi qəbul etmək olar. Onun sözlərinə görə, son günlər tamamilə sağlam olan insanlarda belə təzyiqin yüksəlməsi halları qeydə alınıb.

N.Ələkbərova deyib ki, metehoəssas insanlar üçün bu günlər ərzində depressiyaya düşmək xarakterik hal sayıla bilər.

O.Musayev onu da vurğulayıb ki, əgər bir insan tamamilə sağlamdırsa, irsi xəstəliklər baxımından risk qrupuna aid deyilsə o zaman həmin şəxsə elektromaqnit dalğalarının təsir gücü çox aşağıdır.

Mütəxəssislər bu günlər ərzində risk qrupuna daxil olan, əsasən, təzyiq, şəkər xəstələrini, infarkt, insult keçən şəxsləri diqqətli olmağa, təzyiqi nəzarətdə saxlamağa, narahatlıq yarandığı hallarda həkimə müraciət etməyə, dərmanları həkim təyinatı ilə qəbul etməyə çağırıblar. Qeyd olunub ki, geomaqnit qasırğaları baş verən günlərdə çoxlu maye qəbul edilməsi, Günəş şüalarının təsirindən uzaq durmaq məqsədəuyğundur.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.11.2017
Azərbaycanlı cərrah Nobel medalı aldı
21.11.2017
Üç aylıq hamilə gəlini həkimlər öldürdü
19.11.2017
"Keyfiyyətsiz qidalar immun sistemini zəiflədir və xərçəng şişinin yaranmasına şərait yaradır”
19.11.2017
Xərçəngə qarşı MÖCÜZƏVİ ÜSUL - Heyva yarpağının bilmədiyiniz FAYDALARI
18.11.2017
Dünyada ilk dəfə insandan insana baş köçürüldü