Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5043

Digər sorğular

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edib

17:10  |    13 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edib.


Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Əməkdar Artist Kəmalə Hüseynovanın Başqırdıstanın M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində təqdim etdiyi yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası maraqla qarşılanıb.

Psixoloji dram olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Tamaşa başqasına aşiq olan və çox da gənc olmayan ərli qadının daxili mübarizəsindən bəhs edir. Qadın hisslərinə görə əzab çəkməsinə baxmayaraq özü ilə bacarmır. Aktrisa Kəmalə Hüseynova qəhrəmanının ağrı - əzablarını tamaşaçıya məharətlə çatdıra bilir. Əri, uşaqları, evi, ailə qayğıları – hər şey onun üçün əhəmiyyətsizdir və qadının həyatı öz–özü ilə mübarizə aparmaqla keçir. O, yalnız ümid və xəyallarla yaşayır. Ancaq başa düşmür, görmür ki, onu yaxın gələcəkdə ölüm gözləyir.

Qeyd edək ki, sentyabrın 14-də festivalın təntənəli bağlanış mərasimi keçiriləcək.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Aşıqlar arasında efirdə dava: "Ə, sən saxla... " - video
17.11.2017
“Rasim Balayev dərman almağa pul tapmır...” - Zeynəb Xanlarova kömək istədi
17.11.2017
Mən "işverən" deyiləm" - Rəmiş
16.11.2017
Nazirlik Rasim Balayevin durumunu araşdıracaq - rəsmi açıqlama
15.11.2017
İTV-dən Avropa Yayım Birliyinə etiraz məktubu