Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5057

Digər sorğular

Bakı metrosu qış qrafikinə keçir

12:21  |    13 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar "Bakı Metropoliteni" QSC artan sərnişin axını, mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə qatarların yeni hərəkət cədvəlinin tətbiqinə başlanılacaq.


"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin "APA-Economics"ə verdiyi məlumata görə, qurumun sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək.

"Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, “Həzi Aslanov" - "28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May" - "Dərnəgül” və "28 May" - "İçərişəhər" sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. Bu müddətdə yalnız "Bakmil" stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov" - "Ulduz" sahəsində fərqli ola bilər. Sərnişinlərin nəzərinə çatdırırıq ki, "Həzi Aslanov" - "28 May" sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur", - deyə N.Paşayev vurğulayıb.

Şöbə rəisinin sözlərinə görə, yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.

Qeyd edək ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.11.2017
SOCAR "Qazprom"dan qaz alınmasına aydınlıq gətirib
22.11.2017
Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ
22.11.2017
Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”
21.11.2017
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq – DİQQƏT
21.11.2017
İş adamı kərə yağı bazarının altını üstünə çevirdi