Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4898

Digər sorğular

Gəncədəki Rus Pravoslav Kilsəsinin 130 illiyi qeyd edilib

19:21  |    12 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Gəncədə şəhərində fəaliyyət göstərən Aleksandr Nevski adına olan Rus Pravoslav Kilsəsinin 130 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə gələn xristianlar dini ayinlərini yerinə yetiriblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev Azərbaycanın tolerant ölkə olduğunu qeyd edərək, təbriklərini çatdırıb.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Doroxin Dmitriyeviç kilsənin 130 illiyi münasibəti ilə təbriklərini çatdırıb, bu günün əlamətdar olduğunu deyib. Səfir yeni təmir olunmuş kilsəyə insanların dini ayinlərin yerinə yetirmək üçün bundan sonra da gələcəklərini bildirib.

Bakı və Azərbaycanın Baş Yepiskopu Aleksandr İşenin Aleksandr Nevski adına olan Rus Pravoslav Kilsəsi haqqında danışaraq, Gəncədə həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndiriblər. Kilsənin təmir olunmasına görə sevinc hissi keçirdiyini deyən Aleksandr İşenin Gəncə sakinlərini təbrik edib.

Qeyd edək ki, kilsə 1887-ci ildə inşa edilib və hazırda bölgədə yaşayan pravoslavlara xidmət edir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
26.09.2017
Laçının icra başçısı Bərzanini dəstəkləyən şöbə müdirini cəzalandıracaq – AÇIQLAMA
26.09.2017
Bakıda pulsuz “Wi-Fi“ olan ərazilər genişləndi - TAM SİYAHI
26.09.2017
Şəhid zabitimizin oğlu doğuldu - “Nəvəmdən Turalın qoxusunu alacam” - ŞƏHİD ATASI - FOTO
26.09.2017
Sabah muzeylərə giriş pulsuz olacaq
26.09.2017
Azər Xəlilov ATV-dəki son durumu açıqladı - “İki veriliş bağlandı”