Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4897

Digər sorğular

Sahil bağındakı kluba niyə 26 adı qoyulub? - VİDEO

22:26  |    07 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Ötən əsrin 20-ci illərində Azərbaycan xalqına qarşı erməni daşnakları tərəfindən qətliamlar törədən 26 Bakı komissarının adına Bakıda klub açılıb.

Özü də vaxtilə 26-lar adı ilə tanınan indiki ``Sahil`` bağının yaxınlığında. Tarixçi alimlər bu adla paytaxtın mərkəzində klubun açılmasını birmənalı qarşılamayıblar.

Bakıda 26 Bakı komissarlarının şərəfinə klub açılıb.

Tarixçi alim Dilavər Əzimli belə iddia edir. Alimin sözlərinə görə, Bakıda azərbaycan xalqına qan udduran erməni-bolşevik birləşməsi olan 26 Bakı komissarlarının şərəfinə ``Sahil`` bağının yaxınlığında 26-lar adı ilə klub fəaliyyət göstərir.
``Xəzər Xəbər``in əməkdaşı alimin dediyi məkəna yollanıb. Həqiqətən də restoranın girişində rəqəmlə 26, digər tərəfində isə ingiliscə 26 sözü yazılıb.

Restoranın sahibi Ramin Məmmədov alimin fikirləri ilə razılaşmır...

Tarixçi alim Dilavər Əzimliyə görə məhz bu ərazidə bu adla restoranın açılılması şübhələri daha da artırır. Bu adla restoran paytaxtın başqa yerində də açıla bilərdi.
Ramin Məmmədov deyir ki, əgər bağın adını verəsi olsaydım hazırki adı , yəni ``Sahil`` qoyardım.O vətən xaini olması ilə bağlı sosıal şəbəkələrdə səsləndirilən iddialarla da razılaşmır.

Tarixçi alim Dilavər Əzimli hesab edir ki, müvafiq qurumlar bununla maraqlanıb məsələni dəqiq araşdırmalıdırlar.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.09.2017
“Alışanov atamı şərləyərək həbs etdirib” - AzTV sədrinə qarşı ittihamlar...
25.09.2017
Bakıda 3-cü kurs tələbəsi infarktdan öldü — FOTO
25.09.2017
Nazirə yeni vəzifə verildi
25.09.2017
Milli Məclisin payız sessiyasında ilk iclasının vaxtı və gündəliyi müəyyənləşib
25.09.2017
Neftçalada çoxmənzilli binaların təmirinə pul ayrılıb - SƏRƏNCAM