Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4897

Digər sorğular

Prezident İlham Əliyev Bakıdakı 74 nömrəli məktəbdə olub

12:13  |    04 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.


Qaziler.az "Report"-a istinadən xəbər verir ki, məktəbdə 38 sinif, 2 informatika, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.

Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrə yaxındır. 912 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Burada videomüşahidə, səsgücləndirici, yanğın xəbərdarlığı və internet sistemləri quraşdırılıb. Tədris müəssisəsi zəruri mebel-inventar və digər avadanlıqla tam təchiz olunub.

Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol meydançasında da lazımi idman qurğuları qoyulub. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.

Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Azərbaycan Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib
17.09.2017
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfərə gəlib
14.09.2017
Prezident Berat Albayrakla görüşdü
03.09.2017
Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda respublika müşavirəsi keçirilib
02.09.2017
Prezident İlham Əliyev Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib