Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5043

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Tahir Əminağa oğlu Bağırovun ad günüdür

10:26  |    14 İyul 2017  |   E-mail  |  Çapa göndər

Bağırov Tahir Əminağa oğlu -14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır. 1967-ci ildə ailəsi ilə birlikdə Şirvan şəhərinə köçüb.

1972-ci ildə burada səkkizinci sinfi bitirərək təhsilini peşə məktəbində davam etdirir, həmin ildə sürücülük sənətinə yiyələnir. 1977-ci ildə Şirvan şəhər Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılır.

Tahir Bağırov 1979—cu ildə atıcı taqımının komandiri kimi ordudan tərxis olunur. Bir müddət Qazaxıstanda yaşadıqdan sonra, 1987-ci ildə Bakıya köçür. Tahir Bağırov 1988-ci ildən Milli Azadlıq Hərəkatında yaxından iştirak edir. O, bir müddət Xətai rayon istilik-enerji müəssisəsində sürücü işləyir. 1990-cı ildə 20 Yanvar faciəsi törədilən vaxt, yaralıların xilas edilməsində, onların təhlükəsiz yerlərə aparılmasında onun böyük xidməti olur.

Tahir 1992-ci ilin yanvarında könüllülər dəstəsinə yazılır və 2 ay təlım keçdikdən sonra 843 saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin olunur. Tahir Bağırov Xocalı faciəsi zamanı dinc əhalinin və yaralıların daşınmasında böyük rəşadət göstərir. Onun sərrast atıcılıq qabiliyyəti sayəsində Füzuli, Ağdərə və Laçın rayonlarında saysız-hesabsız döyüş uçuşları zamanı bir neçə erməni faşisti məhv edilir.

1992-ci il oktyabrın 11-də növbəti döyüş tapşırığı... Laçının Səfiyan kəndi uğrunda gedən ağır döyüşdə mühasirəyə düşən əsgərlərimizi xilas edib, geri dönərkən, onun vertolyotu erməni yaraqlıları tərəfindən vurulur. Bütün heyət həlak olur.
Ailəlidir. İki oğlu var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Bağırov Tahir Əminağa oğluna ölümündən sonra “ Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Həzi Aslanov qəsəbəsindəki 59 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki küçələrin biri də Qəhrəmanın adını daşıyır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Ermənilərdən növbəti təxribat; Atəşkəs rejimi 117 dəfə pozulub
16.11.2017
Ermənilər Qarabağda yenə hərbi təlimlər keçirdi
16.11.2017
Zaxarova: “ABŞ-ın Qarabağın həlli üçün pulu yoxdur?”
16.11.2017
Ermənilər atəşkəs rejimini 120 dəfə pozublar
15.11.2017
Milli Qəhrəmanın anım günüdür