Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5043

Digər sorğular

DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət edib

18:19  |    19 May 2017  |   E-mail  |  Çapa göndər


Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı 22 may tarixində başa çatacaq.

Dövlət İmtahan Mərkəzdən (DİM) APA-ya verilən məlumata görə, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 22-dək DİM-in saytının “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməlidirlər.

Bundan əlavə, təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.

16 mart – 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də (həm cari, həm də əvvəlki illərin məzunları) qeyd olunan tarixədək ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun Regional Bölmələrində yaradılmış SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər.

Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Cəzaçəkmə Müəssisəsində məscid tikilib
17.11.2017
Mənzil alanlardan tikinti başa çatmadan satış qiymətinin tam tələb olunması qadağan edilir
17.11.2017
Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb
17.11.2017
"Əlillər evdə, ya da pansionatda gizlənməli deyil” - Ehtimad Əsədov
17.11.2017
“Özlərini partladan 7 kəşfiyyatçımızın adı əbədiləşdirilsin” - Qənirə Paşayevadan təklif