Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4460

Digər sorğular

Bakıda təntənəli “Novruz” festivalı - fotolar

19:01  |    20 Mart 2017  |   E-mail  |  Çapa göndər


Martın 20-də Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə təntənəli “Novruz” festivalı təşkil olunub.

Axşam.az-ın məlumatına görə, “Sabir bağı”nda keçirilən festivala el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının Novruz bayramı münasibətilə xalqımızı təbrik etməsi ilə start verilib.

Tədbirdə Novruz personajları - Kosa və Keçəlin maraqlı söhbəti, kəndirbaz və pəhləvanların məharəti, milli geyimli oğlan və qızların rəqsi, respublikanın gənc və tanınmış müğənnilərinin bir-birindən parlaq ifaları bayram əhval-ruhiyyəsini daha da artırıb.

Sənətkarlar öz əl işlərini nümayiş etdiriblər. İştirakçılara milli mətbəximizin təamlarını dadmaq imkanı yaradılıb.

Sonra maraqlı at yürüşü təşkil olunub və ayrıca olaraq Qarabağ atı nümayiş etdirilib.

Martın 26-dək davam edəcək festival çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 40-dan çox kollektivin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, ölkə başçısının “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” müvafiq Fərmanına əsasən, ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılmasını, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.03.2017
Atasından imtina etmək istəyir: Bu məsələ qanunvericilikdə necə tənzimlənir? - VİDEO
22.03.2017
Qərargah: Tapılan meyitin itkin düşən neftçi olduğu təsdiqlənib
22.03.2017
Sabah qar yağacaq- HAVA PROQNOZU
21.03.2017
Azərbaycanda bayram adətləri: Bayramlıq aparmaq neçəyə başa gəlir? - VİDEO
21.03.2017
Zakir Həsənov bayramda hərbi hospitalda olub -FOTOLAR