Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4958

Digər sorğular

Boğaz ağrısını azaldan 5 BİTKİ ÇAYI

13:25  |    12 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Havalar soyuyan kimi xəstəliklər də insanları yaxalayır. Asqırıq, öskürək, burun axıntısı insanları dəsmalı əlindən yerə qoymağa imkan vermir. Boğaz ağrısı ilə gələn xəstəliklərə qarşı güclü olmaq üçün bitki çaylarından istifadə edə bilərsiniz. Boğaz ağrılarını yüngülləşdirən və boğazı yumşaldan bitki çayları iltihabın aradan qaldırılmasına da kömək olur. Aile.lent.az boğaz ağrısına yaxşı təsir edən bitki çaylarını təqdim edir.

Adaçayını dəmləyərkən diqqətli olun!

Adaçayının yarpaqlarında olan uçucu komponentlər ağız və boğaza yerləşən infeksiyanı, iltihabı aradan qaldırır. Lakin uçucu komponentlərdən təsirli bir şəkildə faydalana bilmək üçün dəmləmə texnikası da əhəmiyyətlidir. 2-3 paket adaçayının üzərinə 1 stəkan qaynar su əlavə edib, ağzını bağlayın, 10-15 dəqiqə dəmlənməsini gözləyin. Gündə 2 fincana qədər içə bilərsiniz.

Boğaz quruluğuna qarşı nanə çayı

Nanə çayının tərkibində olan uçucu komponentlər boğazın yumşalmasına və quruluğu aradan qaldırılmasına kömək olur. Bu səbəbdən də gündə 1-2 fincan içə bilərsiniz. Lakin reflüks probleminiz varsa, uzaq durun.

Boğaz ağrısına qarşı nar qabığı

Narın qabığında olan polifenolik komponentlər boğaz infeksiyalarına səbəb olan bakteriyaların fəaliyyətini azaldır. Nar qabığını tullamaq əvəzinə qurudub çay kimi için. 2 çay qaşığı qurudulmuş nar qabığının üzərinə 1 stəkan isti su əlavə edərək, şüşə fincanda 10 dəqiqə dəmləyin və için.

Mixək göynəmə hissini aradan qaldırır

Mixəyin tərkibində olan uçucu komponent boğazdakı yanma, göynəmə hissini aradan qaldırır. Ağız, boğaz yolu infeksiyaları zamanı antiseptik və ağrını aradan qaldıran xüsusiyyəti var. Mixəyi əzərək içəcəyiniz çaya əlavə edə bilərsiniz.

Biyan kökü bəlğəmi aradan qaldırır

Tərkibində olan saponin tipi komponentlər boğazda yaranan bəlğəmin yumşalmasını təmin edir. 3 stəkan suya 3 çay qaşığı biyan kökü əlavə edin, 15 dəqiqə dəmlədikdən sonra hər gün içə bilərsiniz.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2017
Yüksək xolesterola qarşı 5 QİDA
18.10.2017
XƏRÇƏNGin ən xoşladığı MƏHSUL təyin olunub
17.10.2017
Heyvanı balla qarışdırıb yesəniz... – HEYRƏTAMİZ FAYDALARI
16.10.2017
Dərman vasitələri yeni qaydalarla idxal ediləcək
16.10.2017
APREL DÖYÜŞÜNDƏ YARALANAN HƏRBÇİYƏ SÜNİ BAŞ QAPAĞI QOYULDU