Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4557

Digər sorğular

Ruslan Abışov “Neftçi”yə qayıtdı

13:14  |    12 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

“İnter” yarımmüdafiəçi Ruslan Abışovla yollarını ayırıb. Bu barədə məlumatı apasport.az saytına “bankirlər”in prezidenti Azər Əliyev verib.

O bildirib ki, Abışov mövsümün ikinci yarısından etibarən “Neftçi”nin formasını geyinəcək: “Klublar arasında danışıq baş tutub və bu transfer artıq gerçəkləşib. Futbolçu özü də “Neftçi”yə keçməyə razılıq verib”.

“İnter”in rəhbəri milli komandamızın üzvünün mövsümün sonuna qədər müqavilə müddəti olduğundan, “Neftçi”nin bu keçid müqabilində onlara kompensasiya ödəyəcəyini də əlavə edib.

"İnter"lə ortaq məxrəcə gələn "Neftçi" futbolçunun özünün də ilkin razılığını alıb. Yeganə problem Abışovun 1,5 illik müqavilə tələb etməsidi. Halbuki paytaxt təmsilçisi uzunmüddətli müqavilə imzalamaq niyyətindədi. Bu məsələ də həllini tapdıqdan sonra Ruslanın "Neftçi"yə dönüşü rəsmən açıqlanacaq.

Qeyd edək ki, Ruslan Abışov 2006-2012-ci illərdə "Neftçi"nin formasını geyinib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
30.04.2017
Bakı Marafonu 2017-nin qalibləri
30.04.2017
44 yaşlı qapıçıdan son dəqiqə qolu - Video
30.04.2017
Neymar bombası “partlayır“ - 200 milyonluq transfer
30.04.2017
Türkiyə vətəndaşı Bakı Marafonunun qalibi oldu
30.04.2017
“Bakı Marafonu - 2017” start götürüb